Böyük Britaniyanın Tehrandakı səfirliyi iranlı idmançılara viza verməyib
Tehran 18 may, AZƏRTAC
Böyük Britaniyanın Mançester şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında iştirak etmək istəyən iranlı iki idmançıya viza verilməyib.
AZƏRTAC xəbər verir ki, İran idmançıları Ərfan Nazimi və Mirhəşim Hüseyni dünya çempionatına qatılmaq üçün viza ilə bağlı Böyük Britaniyanın Tehrandakı səfirliyinə müraciət ediblər. Lakin səfirlik idmançıların müraciətinə mənfi cavab verərək onlara viza verməyib.
İRNA agentliyi yazır ki, səfirlik viza verməkdən imtina etməsinin səbəbini açıqlamayıb.
İran Taekvondo Federasiyası bununla əlaqədar Britaniyanın Tehrandakı səfirliyinə etiraz məktubu göndərib.
Xatırladaq ki, mayın 15-də Mançesterdə start götürən taekvondo üzrə dünya çempionatına mayın 20-də yekun vurulacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [16:38]
Felipe Luis “Monako”nun baş məşqçisi təyin edilib
- 06.07.2026 [16:17]
“Qəbələ” ötən ay yeni müqavilə imzaladığı futbolçu ilə vidalaşıb
- 06.07.2026 [15:33]
"Tottenhem" klub tarixinin ən bahalı transferini reallaşdırıb
- 06.07.2026 [15:12]
Azərbaycanlı hakim Konfrans Liqasının oyununa təyinat alıb
- 06.07.2026 [15:04]
UEFA bəyanat yayaraq FIFA-nın qərarına etiraz edib
- 06.07.2026 [14:54]
İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib
- 06.07.2026 [12:35]
UEFA İnfantinoya alternativ namizəd irəli sürməyi planlayır
- 06.07.2026 [12:20]