MƏDƏNİYYƏT


Bursada kəlağayı üzərində basma naxış üzrə ustad dərsləri təşkil olunub

Bursa, 2 sentyabr, AZƏRTAC

Ölkəmiz Türkiyənin Bursa vilayətində keçirilən 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalında təmsil olunur.

AZƏRTAC xəbər verir ki, festivalın ikinci günü ziyarətçilər üçün Azərbaycan Milli İpək stendində kəlağayı üzərində basma naxış üzrə ustad dərsləri təşkil olunub, kəlağayının tarixi haqqında ətraflı məlumat verilib. İzləyicilərin böyük marağına səbəb olan dərslər “Azəripək” MMC-nin əməkdaşları tərəfindən keçirilib.

Xatırladaq ki, Azərbaycan sözügedən festivalda Nizami Gəncəvi Vəqfinin təşəbbüsü, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi ilə təmsil olunur. Ölkəmizin festivalda iştirakının əsas məqsədi Azərbaycanın qədim və zəngin ipəkçilik sənətini beynəlxalq arenada təbliğ etmək, eləcə də iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə verməkdir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

Bursa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.