SİYASƏT


Entoni Blinken: ABŞ saxlanılan 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır

Bakı, 12 iyun, AZƏRTAC

ABŞ saxlanılan 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin baş katibi Entoni Blinken “Twitter”də etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, bu cür addımlar region xalqlarını layiq olduqları dinc gələcəyə daha da yaxınlaşdıracaq.

Baş katib, həmçinin tərəflər arasında müzakirələrin təmin edilməsində vacib rol oynadığı üçün Gürcüstan hökumətinə minnətdarlıq ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.