SİYASƏT


Erməni faşistlərinin təxribatı Horadiz sakinlərini qorxutmur FOTO VİDEO

Füzuli, 6 oktyabr, Aydın Yavər, AZƏRTAC

Erməni faşistləri cəbhəboyu dinc sakinlərimizi hədəf alaraq ağır artilleriyadan istifadə edir. Nəticədə isə mülki şəxslər həyatını itirir, xəsarət alır və xeyli sayda dağıntı qeydə alınır.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, belə yaşayış məntəqələrimizdən biri də Horadiz şəhəridir. Düşmənin təxribatından qorxmayan horadizlilər gündəlik təsərrüfat qayğıları ilə məşğuldurlar.

Horadiz sakini Elçin Quliyevlə söhbət zamanı yerli sakinlərin mətnliyinin bir daha şahidi olduq: “Erməni kimdir ki, biz onlardan qorxaq. Bizim güclü ordumuz düşmənə vaxtında və lazımi cavab verməklə onları torpaqlarımızdan qovur. Biz də hər gün aldığımız qələbə xəbərlərinin sevincini yaşayırıq”.

Xaləddin Cəfərov isə bildirib ki, Azərbaycan əsgərinin hər zəfər xəbərini böyük sevinclə izləyirlər. “Hər gün ordumuzun qəhrəmanlığına şahid oluruq və biz özümüz də torpağımız uğrunda döyüşməyə hazırıq. Bu torpaqlar bizimdir. Bunu hər kəs bilir. Düşmənin burada nə iti azıb? Prezidentimizin dediyi kimi, erməni əsgəri ölmək istəmirsə, rədd olub torpaqlarımızdan getsin. İnanıram ki, Azərbaycan əsgəri necə ki indiyədək onlara tutarlı cavab verib, bundan sonra da bu qələbə xəbərlərini eşidəcəyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.