SİYASƏT
Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib VİDEO




















Goranboy, 2 oktyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Azərbaycan Ordusunun qətiyyətli zərbələri qarşısında duruş gətirə bilməyən düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, qəhrəman hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir neçə - ondan çox texnikasını, o cümlədən “URAL” markalı hərbi maşınlarını qənimət olaraq ələ keçirib. Avtomobillərin içərisində Ermənistan ordusuna məxsus silah-sursat, geyimlər, əsgər ləvazimatları və s. aşkarlanıb. Hərbi texnikalar çox istifadəyə yararlıdır.
Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun bir neçə hərbi maşını qənimət olaraq ələ keçirilmişdi.
AZƏRTAC-ın cəbhə zonasına ezam olunmuş fotoqrafı İlqar Cəfərov düşmənin ələ keçirilən hərbi avtomobillərinin fotoşəkillərini çəkib. Fotoşəkilləri təqdim edirik.