ELM VƏ TƏHSİL
Gürcüstanda yaşamış qəhrəman azərbaycanlı Ənvər Hümbətov kim olub?
Bakı, 2 fevral, AZƏRTAC
Gürcü-Abxaz müharibəsi zamanı Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən yüzlərlə azərbaycanlı olub. Bu şəxslərin həm Azərbaycanda, həm də Gürcüstanda geniş ictimaiyyətə tanıdılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təlim iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da bu qəhrəmanlardan biri - Ənvər Hümbətov haqqında məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalə ilə bu linkdən tanış olmaq mümkündür. Məqalə, həmçinin araşdırmaçı Mehman İbrahimov tərəfindən tərcümə olunaraq “Gürcücə Vikipediya”ya əlavə edilib.
Məqalədə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Ərəstü Həbibbəylinin qələmə aldığı “Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə erməni Baqramyan batalyonu ilə Borçalı azərbaycanlıları üz-üzə” analitik yazısına istinad olunub.
Soydaşlarımızın qəhrəmanlığı ilə bağlı Tbilisi Texniki Universitetinin assistent-professoru David Maysuradzenin gürcü dilində “Vətən oğulları” kitabı çap edilib.