Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşanın qədim tarixə malik meydan və küçələri – şəhərsalma mədəniyyətinin nümunəsi

Şuşanın qədim tarixə malik meydan və küçələri – şəhərsalma mədəniyyətinin nümunəsi

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamda qeyd edilir ki, ölkəmiz şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır.

Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşanın qədim tarixə malik meydan və küçələri – şəhərsalma mədəniyyətinin nümunəsi” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC “Şəhərsalma və Memarlıq İli” çərçivəsində məqaləni təqdim edir.

Şuşanın mərkəzi meydan və küçələri sırasında, ilk növbədə, “Bazarbaşı” və ya “Divanxana meydanı” adlanan yerin adını qeyd etmək lazımdır. “Bazarbaşı” adlanan yer Gəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanıdır. Şəhərin ən böyük ticarət küçəsi olan “Rasta bazar” öz başlanğıcını məhz bu meydandan götürür.

Qarabağ xan sarayının qarşısında yerləşən “Divanxana meydanı” Şuşa şəhərinin tarixi qeyd edilməmiş Baş planına əsasən, XIX əsrin I yarısına kimi sarayı əhatə edən qala divarlarının (qəsr də adlandırılır) içində olmaqla qalanın digər hissələrindən təcrid edilmişdi. Həmin dövrdə meydan ərazisində Qarabağ Xan sarayı kompleksinə aid müxtəlif köməkçi tikililər yerləşirdi.

XIX əsrin I yarısında Şuşada aparılan yenidənqurma işləri zamanı Xan sarayını əhatə edən qala divarlarının bir hissəsi, o cümlədən meydan ərazisində yerləşən tikililər sökülmüş, bundan sonra “Divanxana meydanı” ictimaiyyətə açılmışdır. Həmin dövrdən sonra bu meydan həm də “Bazarbaşı” adlandırılmağa başlayır. Müasir dövrümüzə kimi saxlanılmış bu adın meydana gəlməsinin əsas səbəbi o zamanlar inkişaf etdirilən və ticarət sıraları yerləşdirilmiş “Rasta bazar” küçəsinin öz başlanğıcını məhz bu meydandan götürməsidir.

“Divanxana meydanı” Qarabağ xanının Divanxanası olmuş, 1805-ci ildə rus əsgərlərinin Şuşada yerləşdirilməsindən sonra isə bəzi əlavələr edilərək pravoslav kilsəsinə çevrilmiş, 1970-ci illərdə isə qədim Divanxana binasının yerində mədəniyyət evi inşa edilmişdir. 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra isə “Mədəniyyət evi” tamamilə dağıdılmış, bina məhv edilmişdir.

“Meydan” adlanan yer Şuşanın əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı “Bazarbaşı”ndan başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan “Rasta bazar” küçəsi məhz “Meydan”da tamamlanır, beləliklə, “Meydan” və “Bazarbaşı”nı əlaqələndirir. Ətrafında yerləşən binaların təyinatında, əsasən, “Meydan” Şuşada mühüm ictimai-ticari rol oynamış, burada böyük dini mərasimlər də (Aşura) keçirilmişdir. “Meydan”ın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII-XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir.

“Aşağı meydan” və ya “Torpaq meydanı” adlanan yer Şuşa şəhərinin ən qədim şəhər meydanlarından biridir. Şuşa şəhərinin aşağı hissəsində yerləşir.

“Aşağı meydan” adı “Meydan”ın yerləşdiyi ərazi ilə müqayisədə “Aşağı meydan”ın ərazisinin Şuşa qalasının aşağı hissəsində yerləşməsi ilə əlaqəlidir. “Aşağı meydan” xalq arasında həm də “Torpaq meydanı” adı ilə tanınır. Bu adın yaranmasının səbəbi isə Şuşanın digər şəhər meydanlarından fərqli olaraq, daşlarla döşənməməsi və torpaq örtüyə malik olması ilə əlaqəlidir. Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında “Aşağı meydan”ın qərb tərəfində yerləşən, bir-birinə bitişik iri ictimai binalar mövcud olmuşdur.

“Rasta bazar” adlanan küçə Şuşa şəhərinin mərkəzində yerləşməklə yanaşı, “Bazarbaşı” və “Meydan”ı birləşdirən, XIX əsrin II yarısından etibarən isə həm də əsas ticarət mərkəzi rolunu oynayan tarixi küçədir.

“Aşağı bazar” küçəsindən fərqli olaraq, “Rasta bazar” küçəsi Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında dəqiq və yaxşı planlaşdırılmaya malik deyil. Buna görə də, XIX əsrin yarısına kimi gələcəkdə şəhərin əsas ticarət magistralı olacaq “Rasta bazar” küçəsi yalnız köməkçi küçə rolunu oynamışdır. Həmin dövrdə şəhərin əsas ticarət magistralı isə “Aşağı bazar” küçəsi idi. Şuşanın 1837, 1844 və 1847-ci illərə aid baş planlarında 300 metrə qədər uzanan və təxminən 15 metr enə malik olan, “Rasta bazar” küçəsinin hər iki tərəfində birmərtəbəli eyni tipli ticarət sıraları uzanırdı.

“Şeytan bazar” adlanan küçə Şuşa şəhərinin mərkəzində yerləşməklə “Meydan”dan başlayan və “Rasta bazar” küçəsinin davamı olan tarixi küçədir. Qarabağ xanının vəziri və şair Molla Pənah Vaqifin malikanəsi bu küçədə yerləşmişdir.

“Aşağı bazar” adlanan küçə isə Şuşanın mərkəzində yerləşən üç əsas magistral küçədən biridir. Aşağı və Rasta bazar küçələrinin kəsişməsi nəticəsində şəhərin əsas ticarət və ictimai mərkəzi olan “Meydan” formalaşır. Şəhərin ən qədim və mühüm ticarət küçəsi olan “Aşağı bazar” küçəsi “Aşağı meydan” və “Meydan”ı birləşdirir.

XIX əsrin I yarısına kimi Şuşanın əsas planlaşdırma strukturunun mərkəzində məhz “Aşağı bazar” küçəsi dayanırdı. Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına görə, XIX əsrin əvvəllərində bu küçə şəhərdə yeganə dəqiq planlaşdırılmış ticarət magistralı olmaqla, hər iki tərəfində qırmızı xətt boyunca ticarət sıraları yerləşirdi. Əsas ticarət küçəsi olmaqla yanaşı, həmin dövrdə “Aşağı bazar” küçəsi həm də uzun mərkəz rolunu oynayırdı. Qarabağ tarixçisi Baharlının verdiyi məlumata görə, həmin dövrdə “Aşağı bazar” küçəsində ticarət sıraları ilə yanaşı, karvansara və hamamlar, o cümlədən Uğurlu bəy hamamı yerləşirdi. Təəssüf ki, həmin memarlıq sənətinin nümunələri olan tikililərin böyük bir hissəsi dövrümüzə qədər çatmamışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib