Cud Bellinqem İngiltərə millisinin cari ildəki ilk oyunlarını buraxa bilər
Bakı, 13 fevral, AZƏRTAC
İngiltərə millisinin və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Cud Bellinqem yığmada ilin ilk oyunlarını buraxa bilər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş məşqçi Tomas Tuxel məlumat verib.
Almaniyalı mütəxəssis yarımmüdafiəçinin 2026-cı il dünya çempionatı ərəfəsində fiziki hazırlığını bərpa etmək üçün vaxtla yarışdığını bildirib. O, futbolçunun mart ayında Uruqvay və Yaponiya komandaları ilə keçiriləcək yoldaşlıq matçlarında iştirakının sual altında olduğunu söyləyib. Çalışdırıcı yekun heyəti formalaşdırarkən 22 yaşlı oyunçunun fiziki durumunu əsas götürəcəyini vurğulayıb.
Qeyd edək ki, Cud Bellinqem “Real Madrid”in La Liqanın XXII turunda "Rayo Valyekano"ya 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada sol ayağından zədələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]