İDMAN


İngiltərə Premyer Liqası: “Arsenal” səfərdə “Lester Siti”ni məğlub edib

Bakı, 28 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 28-də futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turun maraq doğuran görüşü “King Pover” stadionunda baş tutub.

Cari mövsüm iddialı oyunu ilə diqqət çəkən “Lester Siti” doğma azarkeşlər önündə “Arsenal” komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:3.

“Arsenal”ın heyətində David Luiz, Nikolas Pepe, Aleksander Lakazett fərqləniblər. “Lester Siti”nin yeganə qoluna isə Yuti Tilemans imza atıb. Bu qələbədən sonra xal ehtiyatını 37-ə çatdıran “Arsenal” turnir cədvəlində 10-cı yerə yüksəlib, “Lester Siti” isə 49 xalla üçüncü yerdə qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.