REGİONLAR
İran Milli Orkestri Gəncədə maraqlı konsert proqramı təqdim edib
Gəncə, 29 iyun, Rauf Hacıyev, AZƏRTAC
İyunun 29-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycanda keçirilən İran Mədəniyyət Günləri çərçivəsində konsert təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə tanınmış İran dirijoru Firudin Şəhbarianın bədii rəhbərliyi və İran Milli Orkestrinin müşayiəti ilə tamaşaçılara bir-birindən maraqlı musiqi əsərləri təqdim olunub.
İranın məşhur xanəndəsi Salar Əqilinin İran Milli Orkestrinin müşayiəti ilə ifa etdiyi mahnılar musiqisevərlərin zövqünü oxşayıb.
Şərq-İran musiqisinin ən gözəl nümunələrinin yüksək sənətkarlıqla təqdim olunduğu konsert Gəncənin mədəni mühiti və şərq musiqisi həvəskarları üçün böyük mədəniyyət hadisəsinə çevrilib.