DÜNYA


İslam Həmrəyliyi Fondu bir neçə müsəlman ölkəsinə maliyyə yardımı ayıracaq

Ər-Riyad, 13 iyul, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) strukturuna daxil olan İslam Həmrəyliyi Fondu quruma üzv olan bir sıra ölkələrə və müsəlman icmalarına maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, maliyyə vəsaiti Asiya və Afrika ölkələrində iqtisadi inkişafın və sosial proqramların dəstəyinə yönələcək. Maliyyə yardımı Nigeriya, Tayland, Qambiya, Şri-Lanka, Çad, Uqanda, Seneqal, Fələstin, Banqladeş və Malayziyaya göstəriləcək.

İƏT-in Baş katibi Yusif bin Əhməd Əl-Usaymin bildirib ki, maliyyə yardımı təşkilatın üzv ölkələrlə və dünya müsəlman ictimaiyyəti ilə həmrəyliyinin rəmzidir. Onun sözlərinə görə, Fondun fəaliyyətinin əsas məqsədi bütün dünyadakı müsəlman ölkələrinə və cəmiyyətlərinə maliyyə, sosial və mədəni yardımın göstərilməsidir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.