DÜNYA


Liviyada milli ordu iki əsas neft limanını silahlılardan geri alıb

Bakı, 21 iyun, AZƏRTAC

Liviya Milli Ordusu iki əsas neft limanının nəzarətə götürüldüyü barədə məlumat yayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Liviya ordusunun mətbuat katibi Əhməd Əl-Mesmari Ras-Lanuf və Əs-Sider limanlarının marşal Xəlifə Həftarın komandanlıq etdiyi hissələrin əlinə keçdiyini bildirib.

Ötən həftə Liviyanın Milli Neft Korporasiyası İbrahim əl-Cadrana sadiq silahlıların neft limanlarını ələ keçirdiyi və döyüşlər zamanı Ras-Lanuf limanına ciddi zərər dəydiyi barədə məlumat vermişdi.

Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür: ölkənin şərqində - Tobruk şəhərində parlament yerləşir, qərbdə - paytaxt Tripoli şəhərində isə BMT-nin dəstəyi ilə formalaşan və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən milli barışıq hökuməti fəaliyyət göstərir. Ölkənin şərqi Tripolidən müstəqil fəaliyyət göstərir və marşal Həftarın başçılıq etdiyi milli orduya arxalanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.