Məşğulluq orqanları əməkdaşlarının peşəkarlıqlarının yüksəldilməsinə xüsusi diqqət yetirilir
Bakı, 21 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Şəhər Məşğulluq İdarəsinin təşkilatçılığı ilə paytaxtın rayonları üzrə “Məşğulluq orqanlarının əməkdaşları üçün karyera imkanlarının artırılması” mövzusunda təlimlər keçirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dörd gün davam edəcək təlimlərdə Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayonlarının məşğulluq mərkəzlərinin mütəxəssisləri iştirak edirlər.
Məşğulluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə xidmətlərin keyfiyyətinin artırılması üçün kadr potensialının gücləndirilməsi, əməkdaşların bilik və peşəkarlıqlarının yüksəldilməsinə xüsusi diqqət yetirilir. Ekspertlərin və psixoloqların iştirakı ilə keçirilən bu təlimlərin məqsədi də əməkdaşların müvafiq fəaliyyət sahəsində dünya təcrübəsini öyrənməsi, onların peşəkarlıqlarının yüksəldilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]