Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən tədbir keçirilib

Bakı, 1 iyun, AZƏRTAC

Bir iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisdə “Mənim səsim - mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl uşaqlar Milli Məclisin iclas salonuna baxıb, parlamentin binasındakı Heydər Əliyev Xatirə Zalı ilə tanış olublar.

Tədbir iştirakçıları Milli Məclisin foyesində uşaqların əl işlərindən ibarət “Mənim Azərbaycanım” adlı sərgiyə baxıblar.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə uşaqları təbrik edib. Bildirib ki, uşaq hüquqları, ümumilikdə, insan hüquqlarının ən vacib istiqamətlərindən biridir. Bu məsələ BMT-nin 1989-cu il noyabrın 20-də qəbul etdiyi Konvensiyada öz əksini tapıb. Bu Konvensiya uşaqların inkişaf, müdafiə, iştirakçılıq və yaşamaq hüququnu təsbit edib və dövlətlərin üzərinə bu öhdəlikləri qoyub. Azərbaycan da beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü kimi bu Konvensiyaya qoşulub və ondan irəli gələn öhdəliklərini də digər qanunlarda təsbit edib. 1998-ci ildə Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun qəbul olunub. Bu Qanun həm Konvensiyanın nəzərdə tutduğu öhdəlikləri, həm də Azərbaycanın uşaqların yaxşı yaşaması, inkişafı, savadlı, bilikli olması və sağlam böyüməsi üçün öz üzərinə götürdüyü öhdəlikləri əks etdirir. Bu müddət ərzində Azərbaycan həm beynəlxalq öhdəlikləri, həm də özünün müəyyən etdiyi vəzifələri ardıcıl şəkildə yerinə yetirməkdədir.

Milli Məclis sədrinin müavini Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti haqqında da danışıb: “Bildiyimiz kimi, bu günlərdə ölkəmizin hər bir guşəsində, eləcə də bütün dünyada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi böyük təntənə ilə qeyd olunur. Cümhuriyyətin yaradılması, onun fəaliyyəti, qarşısına qoyduğu vəzifələr, gördüyü mühüm işlər barədə müzakirələr aparılır”.

Bahar Muradova diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev uşaq hüquqlarının qorunmasına böyük önəm verir. Bu həm Azərbaycan hökumətinin, həm parlamentinin, həm vətəndaş cəmiyyətinin, həm də valideynlərin, ayrı-ayrılıqda hər bir fərdin qarşısında duran vəzifədir. Biz gələcəyimizi təmin etmək üçün uşaqlara, gənclərə qarşı çox diqqətli olmalıyıq. Onlara nəinki hüquq verməli, həm də bu hüquqları yerinə yetirmək üçün şərait yaratmalı, uşaqları bu hüquqdan istifadəyə hazırlamalı, onların hüquqi təfəkkürünün formalaşması üçün çalışmalı və ardıcıl tədbirlər həyata keçirməliyik.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün uşaqlar üçün önəmini, eləcə də Milli Məclisdə keçirilən bu tədbirin əhəmiyyətini qeyd edib.

Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi tədbirlərdən söz açan komitə sədri bildirib ki, 100 il bundan əvvəl təkcə qadın deyil, həm də uşaq hüquqları təsdiq olunub. Uşaq hüquqlarının qorunması sahəsində bir sıra mühüm qərarlar qəbul edilib. Bunların sırasında ən vacibi uşaqların, xüsusilə də qızların təhsil almaları, 16 yaşadək uşaqların işləməsinin qadağan olunması, uşaq bağçalarının açılması, məktəblərin sayının artması idi. Həmin qərarlar 100 il bundan əvvəl qəbul olunan mühüm sənədlərdə əksini tapmışdı. Xüsusən də erməni təcavüzü nəticəsində, Birinci Dünya müharibəsində əziyyət çəkmiş uşaqların müdafiəsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində çox önəmli tədbirlər həyata keçirilib. Hələ o zaman valideynlərini və qohumlarını itirmiş uşaqları cinayət mühitindən uzaqlaşdırmaq üçün Uşaqları Mühafizə Liqası uşaq məhkəmələrinin yaradılmasına çalışırdı.

Hicran Hüseynova deyib ki, Prezident İlham Əliyev uşaqlarla bağlı məsələyə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. Eyni zamanda, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaq hüquqlarının qorunmasına xüsusi dəstək verir. Azərbaycan hökuməti uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə iştirak edən bütün uşaqlara uğurlar arzulayıb. O uşaqlara müraciətlə deyib ki, 100 il bundan əvvəl nənə və babalarınız Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyublar. Beləliklə, onlar hər kəsin qayğısına qalan demokratik cəmiyyətin nəsillər üçün yarada biləcəyi möhkəm bir təməli təsdiq ediblər. Uşaqlar üçün imkanlar ildən-ilə genişləndirilir. Ölkədə demək olar ki, bütün uşaqlar ibtidai təhsilə cəlb edilib. Uşaqlarla bağlı səmərəli siyasət həyata keçirilir, qanunvericilik təkmilləşdirilir, uşaqların qorunması, onların inkişafı üçün müxtəlif tədbirlər görülüb. Azərbaycan parlamenti uşaqların şəraitinin yaxşılaşdırılması üçün təhsil, səhiyyə və digər sahələrdə vacib qanunvericilik aktları qəbul edib.

Fransız yazıçı-jurnalist, Azərbaycan haqqında bir sıra kitabların müəllifi Jan-Lui Quro çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfərə gəldiyini deyib. O bildirib ki, bu gün Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinin apardıqları siyasət nəticəsində uşaqların müdafiəsi sahəsində uğurlu işlər həyata keçirilir. Azərbaycanın təhsilə və elmə dəstək verdiyini deyən fransız yazıçı ölkəmizin incəsənətə göstərdiyi diqqəti də sevindirici hal kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, səhiyyə komitəsinin sədr müavini Musa Quliyev uşaqları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən Bakı Oksford Məktəbinin şagirdi, beynəlxalq layihələrin iştirakçısı və beynəlxalq mükafatların qalibi Nəzrin Rüstəmzadə bu cür görüşlərin uşaqlar üçün fikirlərini ifadə etmək baxımından vacibliyini qeyd edib. Bildirib ki, belə görüşlər uşaqların öz hüquqlarının müdafiəsi ilə bağlı dövlət, hökumət və parlament nümayəndələri ilə müzakirələr aparmalarına, bu istiqamətdə daha çox məlumat almalarına kömək olur. Ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində önəmli addımların atıldığını deyən Nəzrin Rüstəmzadə Milli Məclisin bu sahədə bir sıra sənədlər qəbul etdiyini qeyd edib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi, şahmat üzrə ikiqat dünya və Avropa çempionu Günay Məmmədzadə bildirib ki, şahmatçılarımız qısa zaman ərzində dünyanın ən güclü şahmatçıları ilə bərabər səviyyədə yarışmağa, onlara qalib gəlməyə müvəffəq olublar. Şahmatdakı uğurlarımız həqiqətən də tarixi nailiyyətlərdir. Bütün bunlar təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasətinin nəticəsidir.

2014-cü və 2017-ci illərdə keçirilmiş Azərbaycan Uşaqlarının 3-cü və 4-cü Ümumrespublika forumlarının iştirakçısı Nigar Quliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirin əlamətdar bir vaxta təsadüf etdiyini deyib. O bildirib ki, bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmizdə və xaricdə təntənə ilə qeyd edilir. “Mən fəxr edirəm ki, biz Şərqdə ilk demokratik respublika qurmuş, üçrəngli Azərbaycan bayrağını ilk dəfə müstəqillik zirvəsinə qaldırmış tarixi şəxsiyyətlərin nəvələriyik. Bugünkü xoşbəxt taleyimizə görə biz, ilk növbədə, o tarixi yaradanlara minnətdarıq. Mən bilirəm ki, Cümhuriyyətin ən mütərəqqi ideyalarından biri qadınlara geniş hüquqların verilməsi, onlara ailədə və cəmiyyətdə bərabər imkanların yaradılması ilə bağlıdır. Qadın hüquqlarına verilən dəyər isə həm də uşaqların hüquqlarının təmin olunması deməkdir. Çünki ailədə uşaqların tərbiyəsi və inkişafı ilə daha çox analarımız məşğul olur”, - deyə Nigar Quliyeva söyləyib.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinin şagirdi, Rusiyanın “ORT” kanalında keçirilən “Tı super” müsabiqəsinin qalibi Səməd Novruzov oxuduğu təhsil müəssisində şagirdlərin keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitdən danışıb. O, uşaqların qalibiyyətlərinin üzə çıxarılmasında, inkişaf etməsində dövlətin yaratdığı imkanları vurğulayıb.

Sonra uşaqların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Tədbirdə Bakı Oksford Məktəbinin şagirdi Nəzrin Rüstəmzadəyə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Günay Məmmədzadəyə, İstək liseyinin şagirdi, beynəlxalq olimpiadaların qalibi Ramil Babazadəyə, Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi, 2017-ci ildə Parisdə keçirilmiş “Ville de Gagny” pianoçuların III beynəlxalq müsabiqəsinin laureatı Şirin Əmiraslanovaya “Azərbaycanın gələcəyi” kuboku təqdim edilib. Bundan başqa, müxtəlif tədbirlərdə qalib gələn 80-ə yaxın uşağa diplomlar verilib.

Sonda uşaqların ifasında musiqilər səsləndirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir

Şirvan suvarma kanalının yenidən qurulması 100 min hektardan artıq yeni əkin sahəsinin su təminatını yaxşılaşdıracaq

Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil – Məhkəmə

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı Forumu qlobal sülh və mədəniyyətlərarası dialoqun təşviqində mühüm platformadır ŞƏRH

Paytaxt məktəbliləri XII Bakı Beynəlxalq Kitab Sərgisində

® “Rabitəbank” Zəfər Gününə özəl biznes kampaniyasına start verib

Baş Prokurorluq: Məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır

“CHELEBI” Bakı Beynəlxalq İncəsənət Festivalında Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

Bu il dövlət zəmanətli borcda sabit faizli öhdəliklərin payı azalıb, dəyişkən faizli öhdəliklərin payı isə artıb

Fransalı nümayəndə: Azərbaycanda gördüyüm bütün mədəni məkanlardan zövq alıram

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB VİDEO

Dostluq Assosiasiyasının prezidenti: Mərakeşdə Azərbaycanla bağlı məlumatları daim diqqətlə izləyirik

Azərbaycanda incəsənət təhsili yenilənir: gənclər yeni yaradıcılıq istiqamətlərinə yönəlir

Nazir müavini: Builki Mədəniyyətlərarası Dialoq Forumu daha geniş proqrama malikdir

Süni intellekt modellərində milli dəyərlərin gələcək nəsillərə ötürülməsi yolları təklif edilib

Nazir müavini: İşəgötürənlərə tövsiyə edirəm ki, işaxtaranlara daha diqqətlə yanaşsınlar

Sədr müavini: Məzhəblərarası münasibətlər kontekstində Azərbaycan İslam dünyasında nadir ölkələrdəndir

Azərbaycanda dövlət zəmanətli borcun 58 faizi ABŞ dollarındadır

Nicat Məmmədli: Süni intellekt gələcək nəslin dəyərlərinin formalaşmasına təsir göstərir

Səhiyyə sistemindəki son dəyişikliklər koordinasiyalı idarəçiliyə doğru yeni mərhələnin başlanğıcıdır

Komitə rəsmisi: Dinlərarası dialoqa ortaq gələcək naminə yol xəritəsi kimi yanaşırıq

Gündüz İsmayılov: Siyasi-iqtisadi potensial, tarixi, dini və mənəvi zənginlik Azərbaycanın dinlərarası dialoqda aparıcı mövqeyini gücləndirir

® Bu bank minimum 8.5%-lə kredit təklif edir

Azərbaycanda işləmiş almaniyalı funksioner: U-15 dünya çempionatı analoqu olmayan tədbirdir

UNEC Şanxay reytinqində dünya nəhənglərini iki mühüm göstərici üzrə geridə qoydu

Azərbaycan-Hindistan münasibətlərinin inkişafı qarşılıqlı maraqları praktik əməkdaşlığa çevirəcək RƏY

Azərbaycanda dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti 3,64 təşkil edib

Səudiyyə Ərəbistanının nümayəndəsi: Digər üzv dövlətləri də Məkkə Konvensiyasına qoşulmağa çağırırıq VİDEO

Səudiyyə Ərəbistanının nümayəndəsi: Digər üzv dövlətləri də Məkkə Konvensiyasına qoşulmağa çağırırıq VİDEO

Tokayev 2027-ci ilin Qazaxıstanda “Böyük Tikinti İli” elan olunmasını təklif edib

Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirilib

Yaponiya və ABŞ müdafiə nazirləri əməkdaşlığı artırmaq barədə razılığa gəliblər

Kimya İnstitutunun gənc alimləri məktəblilər üçün ustad dərsi keçiblər

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB

Xaçmaz şəhərində park yenilənir, yeni yaşıllıq zolaqları salınır

Azərbaycanda təhsil standartları yenilənir: vətəndaşlıq ayrıca səriştə olacaq

Şirvan suvarma kanalının yenidən qurulması işlərinin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur

Aksiyalarda dağıdıcı fəaliyyət göstərənlər vurduqları zərəri ödəyəcəklər

Dünyanın istehlak malları və ərzaq məhsulları istehsalçıları gələn il qiymətlərin artacağı barədə xəbərdarlıq ediblər

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Çiliyə uduzub

Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb

Məktəb və ailə əməkdaşlığına dair maarifləndirici tədbir təşkil edilib

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Aparat rəhbəri: 2060-cı ilədək olan iqlim hədəflərinin əsas istiqamətləri müəyyən edilib

Aydan Ramazanova: Heydər Əliyev Fondu beynəlxalq layihələrlə təhsilin əlçatanlığını və inklüzivliyi dəstəkləyir

Tarixçi-alim: Alban xristian abidələrində erməni memarlıq üslubu yoxdur

Multikulturalizm Azərbaycanda xalq həmrəyliyinin əsasını təşkil edən amillərdəndir – ŞƏRH

Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib

Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib

"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olunub

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir

“Cənub Qaz Dəhlizi”nin 2 milyard dollarlıq istiqrazları dövlət zəmanətli borcu kəskin azaldıb

Tarixçi alim: Azərbaycançılıq ideologiyasının əsasında dövlət bayrağımızın bütün rəngləri dayanır

Qazaxıstan Prezidenti: Yeni magistral Orta Dəhlizlə yükdaşıma marşrutunu 1000 kilometr qısaldacaq

Azərbaycanın xarici dövlət borcu 304 milyon dollar azalıb

“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub

“Neftçi”nin baş icraçı direktoru: Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik

Rusiyanın Baş prokuroru: İƏT-in korrupsiyaya qarşı mübarizə aparan qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq VİDEO

Rusiyanın Baş prokuroru: İƏT-in korrupsiyaya qarşı mübarizə aparan qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq VİDEO

ADA Universitetində rəqəmsal dövrdə təhsilin prioritetləri diqqət mərkəzində olacaq

Azərbaycanın dövlət borcu 23,8 milyard manatdır

Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb

Misir Yaxın Şərqdə gərginliyi azaltmaq üçün dördtərəfli koordinasiya mexanizmi təklif edib

Vətən müharibəsinin xronikası: 28 oktyabr

İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir

Elnur Soltanov: 2 giqavat elektrik enerjisi istehsalı gücünün yaradılması 2 milyard dollar investisiyanın cəlb olunması deməkdir

Bişkekdə fərdi məlumatların qorunması üzrə beynəlxalq forum keçirilir

Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib VİDEO

Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib VİDEO

Çində duz yığımı mövsümündən maraqlı görüntülər – FOTOLAR

Maksim Medvedev: Uşaqlara dəstək olmalıyıq, onların əlindən telefonu, sosial şəbəkələri ala bilmərik

BMT Proqramının direktoru: Azərbaycanda olmaq böyük sevincdir

Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib

Qazaxıstanda 2027-ci ildə “Balxaş” AES-in tikintisinə başlamaq təklif olunub

Qətər nümayəndəsi: Məkkə Konvensiyası əməkdaşlığın gücləndirilməsi üçün mühüm mexanizmdir VİDEO

Qətər nümayəndəsi: Məkkə Konvensiyası əməkdaşlığın gücləndirilməsi üçün mühüm mexanizmdir VİDEO

Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülh və tolerantlığın təşviqində mühüm platformadır- ŞƏRH

Paytaxtın Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb VİDEO

Pyerluici Kollina: Azərbaycanlı hakimlər dünya çempionatında əla iş görürlər

“Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək

Rusiya səmasında 531 dron vurulub: yaralananlar və dağıntılar var

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik VİDEO

İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik VİDEO

Azərbaycan təmsilçilərinin FIBA Avropa Kubokunda növbəti sınağı

Azərbaycanlı alimlər Qazaxıstandakı beynəlxalq konfransda çıxış ediblər

Vajiha Harris: Münaqişə bölgələrində qadınların yükü ikiqat ağırdır, onların ehtiyacları xüsusi diqqət tələb edir VİDEO

Vajiha Harris: Münaqişə bölgələrində qadınların yükü ikiqat ağırdır, onların ehtiyacları xüsusi diqqət tələb edir VİDEO

Metan emissiyalarının azaldılması Azərbaycanın iqlim hədəflərinə nail olması baxımından mühüm əhəmiyyət daşıyır

Nazir müavini: Forumda 5 qitəni təmsil edən 44 ölkədən 100-dən çox gənc iştirak edir

İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib

Yevlaxda avtomobil aşıb, 2 nəfər ölüb VİDEO

Yevlaxda avtomobil aşıb, 2 nəfər ölüb VİDEO

Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir

Azərbaycanın millisinin baş məşqçisi: Əminəm ki, futbolçular U-15 dünya çempionatındakı anları uzun müddət xatırlayacaqlar

Fərhad Hacıyev: Gənclər dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, inkişafa təsir göstərmək gücünə malikdirlər

Aşqabadda Xəzər dənizi sahilyanı ölkələrinin səlahiyyətli nümayəndələrinin iclası keçirilir

FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub

Baş prokuror: Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır VİDEO

Baş prokuror: Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır VİDEO

BMT rəsmisi: Qadınların iqtisadi imkanları genişləndirilməli, təhsili layiqli iş imkanları ilə əlaqələndirilməlidir

Fransız professor: Mədəniyyətlərarası dialoq sülhün və fundamental insan hüquqlarının təşviqinə xidmət edir

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir