REGİONLAR


Naftalanda 3 müasir sağlamlıq və istirahət mərkəzi tikilir

Naftalan, 18 may, Rauf Hacıyev, AZƏRTAC

Statistik təhlillər göstərir ki, Naftalana gələn xarici turistlərin ildən-ilə həm sayı artır, həm də coğrafiyası genişlənir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indi şəhərin beynəlxalq turizm potensialını inkişaf etdirmək üçün Naftalanda yeni avtovağzal-otel kompleksi tikilir. Tikinti işlərində 30 nəfər çalışır. İnşaat işləri yekunlaşdıqdan sonra burada 40-50 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.

Yenidən qurulan 10 mərtəbəli Naftalan mehmanxanasında 35 nəfər müvəqqəti işlə təmin edilib. Hazırda binada son tamamlama işləri aparılır. Mehmanxana 172 yerlik olmaqla Naftalan Hotel & SPA adı altında fəaliyyət göstərəcək.

Naftalan şəhəri, Nizami küçəsində inşa edilən 4 mərtəbəli, 288 yerlik “Gold Naftalan” sağlamlıq və istirahət mərkəzində də tikinti işləri davam etdirilir. İnşaat işlərində 20 nəfər çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.