Nazir: “Transxəzər” layihəsinin reallaşdırılması üçün hər iki ölkənin istəyi və hazırlığı olmalıdır
Bakı, 20 oktyabr, Nihad Budaqov, AZƏRTAC
“Transxəzər” təbii qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün hər iki ölkənin istəyi və hazırlığı olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.
“Transxəzər” qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün hər iki ölkənin buna istəyi, arzusu və hazırlığı olmalıdır. Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiyanın imzalanması da öz növbəsində daha yeni imkanlar açır. Bu Konvensiya əvvəlcə bütün iştirakçı ölkələrdə müəyyən hüquqi prosedurlardan keçməlidir. Bundan sonra isə o, əsas yaradacaq ki, iştirakçı ölkələr təkcə enerji deyil, digər sahələrdə də öz aralarında, o cümlədən ikitərəfli formatda bir sıra birgə əməkdaşlıq yaratsınlar və layihələr həyata keçirsinlər”, - deyə Pərviz Şahbazov bildirib.
Qeyd edək ki, “Transxəzər” qaz boru kəməri layihəsi Türkmənistan qazının Xəzər dənizi və Azərbaycandan keçməklə Avropa bazarına çatdırılmasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]