Pentaqon insanları ürək döyüntüsünə görə tanıyan lazer qurğusu hazırlayıb
Bakı, 28 iyun, AZƏRTAC
Pentaqon insanları ürək döyüntüsünə görə məsafədən tanıya bilən lazer qurğusu hazırlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Jetson” adlandırılan texnologiyada dəri səthinin ürək döyüntüsü nəticəsində yaranan titrəyişini müəyyən etmək üçün infraqırmızı lazerdən istifadə olunur. Qurğu 200 metrə qədər məsafədən hətta nazik paltarın altında belə ürək döyüntüsünü müəyyən edə bilir.
İnsan ürəyinin döyüntüsü unikaldır, sifət və barmaq izindən fərqli olaraq onu dəyişmək mümkün deyil. Lakin mütəxəssislərin fikrincə, yeni texnologiyanın zəif nöqtələri də var: isti paltar “Jetson” qurğusu üçün keçilməz maneədir. Bundan əlavə, analiz və məlumat toplanması üçün insan 30 saniyə ərzində nisbətən hərəkətsiz dayanmalıdır. Həmçinin şəxsiyyətin müəyyən edilməsi üçün həmin şəxsin ürək döyüntüsü məlumat bazasında olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [14:41]
Kazan qlobal gənclər sammitinə ev sahibliyi edəcək
- 22.05.2026 [14:37]
Son 24 saat ərzində Hörmüz boğazından 35 ticarət gəmisi keçib
- 22.05.2026 [14:33]
Zelenski Rusiya ordusunun builki itkilərinin sayını açıqlayıb
- 22.05.2026 [14:31]
Tbilisidə narkotik əməliyyatı: xarici ölkə vətəndaşı saxlanıldı
- 22.05.2026 [14:28]
Polşa Amerika hərbçiləri üçün şəhər tikəcək
- 22.05.2026 [14:08]
Marko Rubio: Avropada ABŞ qoşunlarının rotasiyası davam edəcək
- 22.05.2026 [14:07]