Prezident: Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var

Ağsu, 12 avqust, AZƏRTAC
Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit həm iqlim var, həm də təbii şərait var, həm maldarlıq, həm də bitkiçilik üçün. Biz əlbəttə ki, bundan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər bu günün məsələləri deyil. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskin dayanır. Ancaq prinsip etibarilə torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, azad edilmiş torpaqlarda biz vaxt itirmədən əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir.
“Mən hesab edirəm ki, azad edilmiş torpaqlarda biz taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq, əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdır. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdir. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayının, Bazarçayın suyundan istifadə edə bilmirdik. Bu, azad edilmiş torpaqlarda əsas çaylardır. Amma o çayların sayı daha çoxdur”, - deyə Prezident İlham Əliyev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Superliqa: “Fənərbağça”dan möhtəşəm geridönüş
- 26.04.2025 [22:08]
Misli Premyer Liqası: “Zirə” Tovuzda “Kəpəz”i məğlub edib
- 26.04.2025 [21:20]
Azərbaycanlı pianoçu Kembricdə beynəlxalq festivalda çıxış edib
- 26.04.2025 [20:22]
ADAU-da “Web of Science” platformasına dair təlim keçirilib
- 26.04.2025 [20:15]
Balakəndə 200-ə yaxın sakin oftalmoloji müayinədən keçib
- 26.04.2025 [20:03]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib
- 26.04.2025 [19:49]
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
- 26.04.2025 [18:57]
Brnoda şəhərin azad edilməsi zamanı həlak olanların xatirəsi anılıb
- 26.04.2025 [18:30]
“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib
- 26.04.2025 [18:18]
Xabarovskda Azərbaycan diasporunun dəstəyi ilə uşaq hokkey turniri keçirilib
- 26.04.2025 [17:42]
İngiltərə Premyer Liqası: "Çelsi" qələbə sayəsində dördüncü pilləyə yüksəlib
- 26.04.2025 [17:34]
Mingəçevirdə növbəti ağacəkmə aksiyası keçirilib
- 26.04.2025 [17:14]
Çexiyada qızıl xəzinəsi tapılıb
- 26.04.2025 [16:54]
Roma Papası dəfn edilib
- 26.04.2025 [16:38]
Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik
- 26.04.2025 [16:16]
Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq
- 26.04.2025 [15:12]
Polis Xəzər və Nizami rayonları ərazisində oğurluq edən şəxsləri saxlayıb
- 26.04.2025 [14:48]
Zelenski və Tramp Romada görüşüblər
- 26.04.2025 [14:20]
Ədliyyə naziri İmişli rayonunda vətəndaşları qəbul edəcək
- 26.04.2025 [14:03]
BANM-ın “Agroficient” komandası 25 min avro investisiya qazanıb
- 26.04.2025 [13:40]
“McDonalds” Rusiya bazarına qayıdış prosesinə başlayıb
- 26.04.2025 [13:26]
Dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb
- 26.04.2025 [13:07]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 26.04.2025 [13:00]