Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB VİDEO

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə sakinlərlə görüşdü.

Dövlətimizin başçısı dedi:

-Sizi görməyimə çox şadam. Çox şadam ki, Mərdəkan qəsəbəsində çox gözəl infrastruktur layihələri icra edilir və yollar salınır, qəsəbənin digər problemləri öz həllini tapır. Bu, bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və çox çalışırıq ki, hər bir yerdə inkişaf olsun, quruculuq, abadlıq işləri aparılsın.

Yol inkişaf üçün əsas şərtlərdən biridir. Buzovna-Mərdəkan yolu keçən il istifadəyə verilib. Bu yol mövcud deyildi. İndi isə yoldan istifadə olunur, yolboyu binalar tikilir, ictimai yerlər, ictimai obyektlər salınır. Yəni, yol olan yerdə inkişaf da var. Azərbaycanda son illərdə bütün yerlərdə müasir yol infrastrukturu yaradılır, o cümlədən Bakı qəsəbələrində. İndi isə Mərdəkan-Qala yolunun açılışını qeyd edirik. Bu, əslində onu göstərir ki, hər bir sahədə, hər bir bölgədə ən müasir standartlar tətbiq olunur.

Bildiyiniz kimi, son 15 il ərzində ölkəmizdə 15 min kilometr yol çəkilib. Hər bir yerdə, hətta dağ kəndlərində, yol olmayan kəndlərə biz yollar çəkdik. Bu gün bu yollar həm insanlara xidmət göstərir, həm biznes imkanlarını genişləndirir, fermerlər üçün yeni imkanlar yaradır və yollar keyfiyyətli salınır. Çünki Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycanda yolların keyfiyyəti dünya miqyasında 34-cü yerdədir. Biz çalışırıq ki, hər bir sahədə ən yüksək standartları tətbiq edək və insanları narahat edən problemləri aradan götürək.

Yol, infrastruktur, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, su layihələri - bütün bunlar diqqət mərkəzindədir və son illərdə bu istiqamətdə çox ciddi addımlar atılır. Ona görə mən gəlmişəm bu gün sizinlə görüşüm, bu gözəl hadisəni bir yerdə qeyd edim və sizə yeni uğurlar, qələbələr arzulayım.

Qəsəbələrarası və qəsəbədaxili yollar diqqət mərkəzindədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göstəriş verilib ki, Bakı qəsəbələrində yol infrastrukturuna çox ciddi fikir verilsin və demək olar ki, indi bu proses geniş vüsət alıb. Əminəm ki, bütün qəsəbələrdə daxili yollar bərpa ediləcək və insanlara rahatlıq verəcək. Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram.

Rayon sakini Altay Mansurov görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

- Hörmətli cənab Prezident, əvvəla, rayon sakinləri və ağsaqqalları adından Sizə “Xoş gəlmisiniz!” deyirəm. Bizim sakinlər, - bilirsiniz ki, Xəzər rayonunun sakinləri Sizi çox istəyirlər, - Sizi həmişə burada görməyə şad olurlar. Bu gün də biz çox şadıq ki, Siz gəlmisiniz, Sizinlə görüş keçiririk. Bu, birinci dəfə deyil. Siz bizim rayonda tez-tez olursunuz, biz görüşürük, bununla da fəxr edirik. Xoş gəlmisiniz, Sizə cansağlığı arzulayırıq.

Sizin gördüyünüz işlər göz qabağındadır. Son illərdə nəinki bizim rayonda, bütün Azərbaycanda görülən işlərin hamısını biz televizorda müşahidə edirik, görürük, nə cür yollar çəkilir, hansı işlər görülür. Son zamanlar Sizin göstərişinizlə, fərmanlarınızla, sərəncamlarınızla insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində çox işlər görülüb. Eyni zamanda, şəhərlərdə, qəsəbələrdə, o cümlədən bizim rayonda çox böyük işlər görülür, hamısı göz qabağındadır, su təsərrüfatını, yol təsərrüfatını demək olar. Son vaxtlar bizim rayonda da çox yollar çəkilir. Qəsəbələrarası yollar çəkilib, köhnə yollar bərpa edilib. Bu da sakinlərimizin yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verir. Bu yolun da çəkilməsi qəsəbələr arasında gediş-gəlişi, eyni zamanda, şəhərə çıxışı asanlaşdıracaq. Son zamanlar Buzovna-Mərdəkan yolunun çəkilməsi, eyni zamanda, indi Mərdəkan-Qala yolunun mərkəzi yola birləşdirilməsi, şəhərə, qonşu qəsəbələrə çıxışın təmin edilməsi əlbəttə ki, insanların yaşayışına və rifahına böyük kömək olacaq. Sizə cansağlığı arzulayırıq. Biz Sizin daxili və xarici siyasətinizi bəyənirik. Biz bunu hər dəfə təkrar edirik və həmişə biz Sizin arxanızda böyük bir qüvvə kimi dayanmağa hazırıq.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapmalıdır. Son illər ərzində görülmüş işlər göz qabağındadır. Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq, abadlıq işləri aparılır.

Bu gün iqtisadi inkişaf təmin edilir. Bu il iqtisadiyyatımız 3 faiz artır, əvvəlki illərə nisbətən bu artım daha böyükdür. Düzdür, bu, bizi tam qane edə bilməz. Çünki hesab edirəm ki, potensial daha böyükdür və biz iqtisadi baxımdan daha yüksək templərlə artmalıyıq. Ancaq, eyni zamanda, aparılan islahatlar və islahatların dərinləşməsi bizə əlavə imkanlar yaradır. Son illər ərzində çox böyük işlər görülüb, işlər də göz qabağındadır. Ancaq biz indi inkişafımızın yeni mərhələsindəyik. Son prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, növbəti dövr islahatlar dövrü olacaq. Çünki hər bir ölkə üçün islahatlar çox önəmlidir. İslahatlar yenilik, müasirlik, nöqsanların aradan qaldırılması, problemlərin həlli deməkdir. Bizdə hər bir sahə üzrə çox aydın təsəvvür və iş proqramı var. Ona görə islahatların dərinləşməsi nəticəsində əldə edilmiş nailiyyətlər əlbəttə ki, vətəndaşların rifah halını yaxşılaşdırır. Baxın, bu ilin üç ayında büdcə daxilolmaları böyük dərəcədə artıb. Yəni, vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıblar. Nəyin hesabına? İslahatlar hesabına. Nəyin hesabına? Şəffaflıq hesabına, aparılmış siyasət nəticəsində. Sahibkarlar da razıdır, çünki bu gün sahibkar da bilir ki, dövlətin vergisini ödəməlidir, tam ödəməlidir və ondan başqa heç kimə heç bir ödəniş edilməməlidir. Mən indi görürəm ki, sahibkarlarda da bu işlərə böyük inam var.

Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik. Düzdür, infrastruktur layihələri də lazımdır, biz oraya vəsait ayırmasaydıq, belə yollar çəkilə bilməzdi. Ancaq indiki şəraitdə biz vəsaiti daha çox insanların rifah halının yaxşılaşdırılması üçün yönəldirik. Təsadüfi deyil ki, keçən ilin aprel ayında prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Şəhid ailələrinə 11 min manat ödənişin təşkil edilməsi bizim niyyətimizi göstərir və bu ödənişlər aparılır. Ondan sonra qəbul edilmiş qərarlar, imzaladığım fərmanlar da bir məqsədi güdür ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz artırılıb. Mən bu yaxınlarda demişəm, artım faiz baxımından böyük olsa da, bizi qane edə bilməz. Çünki biz daha da yüksək həddə çatmalıyıq və bunu etmək üçün daha da fəal işləməliyik. Sosial müavinətlər orta hesabla iki dəfə, köçkünlərə, şəhid ailələrinə verilən müavinət, tələbə təqaüdləri 50 faiz artıb. Bir çox önəmli fərman və sərəncamlar imzalanmışdır ki, insanların rifah halını, biznes mühitini yaxşılaşdırır və bu istiqamətdə işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır.

Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq. Nəzərə alsaq ki, bizim neft-qaz sahəsində apardığımız siyasət öz bəhrəsini verir, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi işə düşəcək. Bu, əlavə gəlir gətirəcək və gəlir də vətəndaşların rifah halının yaxşılaşmasına yönəldiləcək.

Əlbəttə ki, islahatlar hərtərəfli olmalıdır - həm iqtisadi sahədə, sosial sahədə, siyasi sahədə, həm də idarəetmə sahəsində. Bu sahələrdə hələ ki, təkmilləşməyə böyük ehtiyac var. Biz öz siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq.

Bu ilin yanvarında dördüncü regional inkişaf proqramı qəbul edilib. Bu proqramın qəbul edilməsində yerlərdən gələn müraciətlər əsas rol oynayır. Çünki vətəndaşları narahat edən problemlər var ki, biz onları bilməliyik və həll etməliyik. Bizim məqsədimiz budur, siyasətimiz də bundan ibarətdir. Əminəm ki, ölkə qarşısında duran bütün vəzifələr, problemlər öz həllini tapacaq.

Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov da rayonun sosial-iqtisadi inkişafına göstərdiyi diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

-Möhtərəm cənab Prezident, mən də Sizə “Xoş gəlmisiniz!” deyirəm. Siz 2003-cü ildə prezident seçkiləri ərəfəsində Mir Mövsüm Ağa ziyarətgahında çıxış etdiniz. Orada çox gözəl sözlərin sırasında bu sözlər də oldu: “Mən çalışacağam ki, prezident seçiləndən sonra hər bir azərbaycanlının Prezidenti olum”. Bütün fəaliyyətiniz dövründə Siz sübut etdiniz ki, sözün əsl mənasında, hər bir azərbaycanlının Prezidentisiniz. Bunu 16 illik fəaliyyətiniz dövründə iqtisadi islahatlar, ictimai həyatda, mədəni, mənəvi quruculuq sahələrində baş verən yeniliklər tam sübuta yetirdi. Bir məsəl var, deyirlər ki, “abad kənd yolundan bilinər”. Hər şey yoldan başlayır. Sizin yol infrastrukturunun inkişafına ayırdığınız diqqət, əslində, ölkənin iqtisadiyyatına, əlaqələrin genişlənməsinə doğrudan da çox böyük yardım göstərir. Siz keçən il aprelin 11-də Prezident seçiləndən sonra özünüz qeyd etdiyiniz kimi, ilk Fərmanınız əhalinin, insanların həyatının yaxşılaşdırılması ilə bağlı oldu. Son bir neçə ay ərzində Qarabağ müharibəsi iştirakçılarının, müharibə əlillərinin, pensiyaçıların, digər sosial qrupların təqaüdlərinin artırılması, bu yöndə atılan addımlar insanlarımız tərəfindən çox böyük rəğbətlə qarşılanıb. Bax, elə bu Xəzər rayonunun inkişafı Sizin fəaliyyətinizin əsl göstəricisidir.

Xəzər rayonunda yolların salınması istiqamətində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Təvəkkül Səlimov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın inkişafı üçün atılan addımları xüsusi qeyd edərək dedi:

-İnanın, 11 aprel seçkilərindən bu yana ötən 15 ilin nəticələri qədər nəticələr qazanmışıq. Cənab Prezident, mən sakinlərimiz adından bu möhtəşəm işlərinizə, səmimiyyətinizə, xalqımıza, insanlarımıza, o cümlədən bizə olan isti münasibətinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mehriban xanım həmişə bizi diqqətdə saxlayır, Allah ona ömür versin. O, sözün əsl mənasında, Azərbaycan qadınının doğrudan da simasını göstərən bir insandır. Cənab Prezident, bir daha Sizə və Mehriban xanıma işlərinizdə uğurlar arzu edirəm. Siz buraya həmişə gəlin. Siz buraya gələndə biz hər dəfə yeniliklərlə rastlaşırıq.

Prezident İlham Əliyev: Çox sağ olun. Hər bir rayonda gedən işlər məni sevindirir. Çox şadam ki, Xəzər rayonunda bütün işlər yaxşı gedir, abadlıq-quruculuq, təsərrüfat işləri aparılır. Əvvəlki illərdə də yaxşı nəticələr olub və biz birlikdə ölkəmizi inkişaf etdiririk. Hər bir yerdə hər bir vətəndaş ümumi inkişafımıza öz töhfəsini verir. O ki qaldı, dövlət siyasətinə, bir daha demək istəyirəm ki, biz ölkəmizi gücləndiririk, beynəlxalq mövqelərimizi möhkəmləndiririk, hərbi gücümüzü artırırıq, sosial məsələlərin həllinə çalışırıq. Son dövrdə imzaladığım fərmanlar doğrudan da həm təsirlidir, həm əhəmiyyətlidir, həm də ki, bizim siyasətimizi göstərir. Deyə bilərəm ki, bu fərmanlara başqa ölkələrdə rast gəlinmir. Məsələn, tutaq ki, problemli kreditlər nədən qaynaqlandı? Devalvasiyadan. Devalvasiya nəyə görə baş verdi? Neftin qiyməti 4 dəfə azaldı, gəlirlərimiz, manatın məzənnəsi aşağı düşdü və insanlar bundan əziyyət çəkdilər. Maksimum çalışırdıq ki, vəziyyəti sabitləşdirək, sabitlik olsun, manat sabitləşsin. Artıq uzun müddətdir ki, manat sabit olaraq qalır. Bizim indiki iqtisadi və maliyyə vəziyyətimiz onu deməyə əsas verir ki, manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir. İqtisadi, maliyyə imkanı artdıqca biz, ilk növbədə, səylərimizi problemli kreditlərin həllinə yönəltdik və bunu həll etdik, özü də ən yüksək səviyyədə. İndi bu Fərman dərc edilib və orada göstərilən maddələr əminəm ki, kredit borcu olan hər bir vətəndaş üçün çox əhəmiyyətlidir. Bundan 600 mindən çox insan bəhrələnir və artıq kompensasiyaların verilməsi prosesi başlanmışdır.

Əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir. Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir.

Vətəndaşlarımızın rifah halı, onların iqtisadi, maliyyə vəziyyəti ildən-ilə daha da yaxşılaşır. Əgər əvvəlki dövrü götürsək görərik ki, pensiyalar, maaşlar təqribən 10 dəfəyə yaxın artıb. Ancaq bu gün bu, bizi qane edirmi? Yox. Nə etməliyik? Daha da fəal işləməliyik, iqtisadiyyat daha da sürətlə artmalıdır, sərmayə yatırılmalıdır, bürokratik əngəllər aradan qaldırılmalıdır, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır. Yerli icra orqanları çalışmalıdırlar ki, investisiyaları cəlb etsinlər. Çünki iqtisadi artım olmasa, onda bizim maliyyə imkanlarımız da olmayacaq. Bütün bu məsələlər bir-biri ilə bağlıdır. İndiki iqtisadi vəziyyətimiz və gələcək planlarımız tam əminliklə deməyə əsas verir ki, biz ancaq yüksələn xətlə inkişaf edəcəyik və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəyik. Sağ olun.

Sakinlər: Allah Sizə kömək olsun. Allah Sizə, Mehriban xanıma cansağlığı versin.

X X X

Sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Buzovna-Mərdəkan-Qala avtomobil yolu layihəsi çərçivəsində görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, dövlətimizin başçısının 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Xəzər rayonunda Buzovna-Mərdəkan-Qala avtomobil yolu layihəsinin həyata keçirilməsi də nəzərdə tutulmuşdu. Bu yol layihəsinin uzunluğu 7,6 kilometr olan Buzovna-Mərdəkan hissəsinin tikintisi başa çatdırılaraq, 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi olub və əhalinin istifadəsinə verilib. Bu bölgədə yaşayan əhalinin çoxsaylı müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin ötən ilin yanvarında və fevralında imzaladığı sərəncamlarla təsdiq edilən 2018-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı 55 min nəfərin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 kilometrlik Mərdəkan-Qala hissəsinin tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 2018-ci ildə layihənin tikintisi yekunlaşan hissəsi ilə Qala qəsəbəsi arasında yeni nəqliyyat bağlantısı yaratmaq, həmçinin nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə Mərdəkan-Qala hissəsində 5,2 kilometr uzunluğunda yolun tikintisi aparılıb. Bu yolun 400 metrlik hissəsinin eni 18 metr olmaqla 1-ci texniki dərəcəlidir, yəni 4 hərəkət zolaqlı, digər hissənin eni isə 9 metr olmaqla 2-ci texniki dərəcəyə aiddir, yəni 2 hərəkət zolaqlıdır. Bu yolun istifadəyə verilməsi həm sosial, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Belə ki, həmin yol Buzovna, Şüvəlan, Qala, Mərdəkan qəsəbələrini birləşdirməklə bu qəsəbələrdə yaşayan sakinlərin şəhərə çıxışını da rahat təmin etməyə geniş imkan yaradır. Eyni zamanda, bu qəsəbələrdən Qala-Pirallahı yoluna da birbaşa çıxış təmin edilir. Bununla yanaşı, paytaxtın bu hissəsində yaşayanlar şəhərə daxil olmadan bu alternativ yolla Sumqayıt, həmçinin Şamaxı və Quba istiqamətinə də rahat çıxış əldə edirlər. Beləliklə, bu layihənin icrası tıxacların qarşısının alınması, nəqliyyat vasitələrinin hərəkətinin normal və təhlükəsiz təşkili, sürücülərin və sərnişinlərin mənzil başına vaxtında çatması baxımından da mühüm rola malikdir.

Saleh Məmmədov dedi:

- Əvvəllər qəsəbənin Yesenin küçəsində tıxac yaranırdı. Mərdəkan və Şüvəlan sakinləri indi bu yolla şəhərə, Zirə, Türkan qəsəbələrinə rahat çıxa bilirlər. Artıq gedib aeroport yolundan dönüb çıxmağa ehtiyac yoxdur. Yol tam açılıb, istifadədədir. Yəqin ki, sakinlər də bunu təsdiq edərlər.

Sakinlər: Bəli, çox gözəldir.

Prezident İlham Əliyev: Siz qəsəbədaxili yollara da diqqət yetirin. Mən bu barədə də tapşırıq vermişəm. Başqa yollar da təmir olunub.

Saleh Məmmədov: Bəli, Sizin tapşırığınıza əsasən, son iki ayda Mərdəkan qəsəbəsində 54 min kvadratmetr yol sahəsinə asfalt döşənib. Şüvəlan qəsəbəsinə su xəttinin çəkilişi işləri başa çatıb. Biz indi orada 10 kilometrlik yolun çəkilişinə başlamışıq. Buzovnada qəsəbəarası 14 yol çəkilib, orada da 32 min kvadratmetr asfalt döşənib. Ən çox işi Binədə görmüşük, 135 min kvadratmetr asfalt vurmuşuq. İşlər hələ davam edir. İnvestisiya planınızda bu il 19 kilometrlik yolun tikintisi nəzərdə tutulub, artıq orada da işlər gedir. Yolun 13 kilometrlik hissəsi hazırdır, 6 kilometrlik hissədə iş davam edir.

Prezident İlham Əliyev: Digər rayonlarda da iş gedir, bütün qəsəbələrdə.

Saleh Məmmədov: Sizin göstərişinizlə Bakı şəhərinin bütün qəsəbələrində iş gedir.

Prezident İlham Əliyev: Bakı şəhərində bir dənə də təmirsiz yol olmamalıdır, həm şəhərdə, həm qəsəbələrdə. Qarşıya belə vəzifə qoyulub və indi müvafiq işlər görülür. Biz bu işləri qısa müddət ərzində görmüşük.

Sakinlər: Allah canınızı sağ eləsin, sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Sizi bir daha təbrik edirəm.

X X X

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB VİDEO

Alparslan Bayraktar: Enerji keçidinin maliyyələşdirilməsində beynəlxalq maliyyə institutları və özəl sektorun iştirakı vacibdir

Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafı üçün geniş imkanlar mövcuddur ŞƏRH

Ekspert: Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları daha da genişləndirilməlidir

BSU Çinin Hucou Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil

® Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “mygov” platformasında!

“Şəms” uşaq bağçasının kollektivi BDU-da

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir

Rəsədxana: İyunun ilk günlərində geomaqnit qasırğası gözlənilir

® “mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

Məhkum valideynlər övladları ilə görüşdülər

® Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

® “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub

Azərbaycanlı alim beynəlxalq konfransda İsmayıl Qaspıralının irsindən bəhs edib

Kambocanın Kralı Norodom Sihamonidən

İsraildə fəaliyyət göstərən “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan

® “Coca-Cola” Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğaldan azad olunmuş rayonlarda sakinlərlə görüşüblər

Baş direktor: IRENA Mərkəzi Asiyada bərpaolunan enerji layihələrini dəstəkləyir

ARKA dövlət dəstəyi ilə film layihələri müsabiqəsinə başlayıb

IRENA: Ötən il bərpaolunan enerji sahəsində rekord göstərici qeydə alınıb

WUF13 UNEC-də yeni akademik istiqamətlərin formalaşmasına təkan verib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

® Mərkəzi Gömrük Hospitalında uşaqlara həsr edilən tibbi-sosial aksiya təşkil olunub

“TotalEnergies”: Metanın atmosferə buraxılmasının qarşısının alınması prioritetdir

Könüllü gənclər Ulu Öndərin xatirəsini şahmat turniri ilə anıblar

Gürcüstanlı nazir müavini: Region ölkələrinin enerji əməkdaşlığı yeni mərhələyə keçir

AFFA-dan Uşaqlar Günündə Xankəndidə sosial aksiya

Azərbaycan qlobal enerji dialoqunun əsas platformalarından biridir – ŞƏRH

Cəbrayılda uşaqların bayram sevinci

Şamaxı Astrofizika Rəsədxanasında tələbələrin istehsalat təcrübəsi başa çatıb

Səyyar “ASAN xidmət” avtobusunun növbəti ünvanı Daşkəsən olacaq

Albaniyalı nazir müavini: Enerji təchizatı marşrutlarının şaxələndirilməsi üçün Azərbaycanla əməkdaşlıq edirik

BMU keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini hədəfləyir

Hindistanda gənclərin onlayn “Tarakanlar partiyası” Baş nazirə qarşı küçə aksiyası planlaşdırır

Beynəlxalq konfransda Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb

® “OBA” “Qonşuluqda 10 iz” layihəsi həyata keçirib

Nazir müavini: İqlim dəyişikliyi ölkənin hidroloji rejiminə birbaşa təsir göstərdiyindən enerji mənbələrinin şaxələndirilməsi prioritetdir

Yuvalayan quş növlərinin yayılması və davranış xüsusiyyətləri öyrənilir

Ən çox allergiya yaradan qidalar hansılardır?

Alparslan Bayraktar: Azərbaycanın bərpaolunan enerji resursları böyük həcmdədir

Nazirlik: “Uşaqlara kiberqayğı 2” layihəsi davam edir

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

“Neftçi” İdman Klubu uşaqları sevindirib

Azərbaycan-İran dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib

CİS texnologiyaları Zəngilan və Ağdamı regionun “ağıllı” şəhər nümunəsinə çevirir – MÜSAHİBƏ

“Bədr Şirvani: yaradıcılıq prizmasından” monoqrafiyası çap olunub

Uşaq Evinin rəhbəri: Uşaqlar üçün keçirilən tədbirlər onlarda xoşbəxtlik və özünəinam hissi yaradır

Azərbaycan postmünaqişə dövründə yeni beynəlxalq şəhərsalma modeli təqdim edir ŞƏRH

Böyük Britaniya Ruanda ilə bağlı məhkəmədə qalib gəlib

Əhməd Əl Kaabi: Beynəlxalq əməkdaşlıq enerji təhlükəsizliyinin əsas şərtlərindən biridir

“Sea Breeze”də uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub

Media: Mərmi istehsalı üçün Polşa şirkətlərinə 3,7 milyard dollar ödənilib

Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb

Avstraliya millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib

İyunun 2-si səhərdən 3-ü gündüzədək hava fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır

Azərbaycanda aqrar sahə ən yeni mərhələyə qədəm qoyur ŞƏRH

Qazaxıstan XİN: Ermənistanın Aİİ-dən çıxması ilə bağlı sualı erməni tərəfinin özünə ünvanlamaq daha yaxşı olardı

Nazirlik: 2020-ci ildən indiyədək 884 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

“TotalEnergies” “Abşeron” yatağında yeni həllərin tətbiqini planlaşdırır

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Təhsil müəssisələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Gül ətirli, çiçək nəfəsli... - FOTOREPORTAJ

Avropa İttifaqı: Enerji mənbələrinin şaxələndirilməsini prioritet hesab edirik

Banqladeşli nazir: Yüksək qiymətlərlə enerji idxalı iqtisadiyyata və dövlət büdcəsinə ciddi təsir göstərir

Myanmada mədən anbarında partlayış: ölənlər arasında uşaqlar var

Türkiyəli nazir: Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın enerji layihəsi Orta Asiyayadək uzadıla bilər

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

® “Unibank”dan şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri

Qazaxıstan 2030-cu ilədək enerji istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdıra bilər

Hikmət Abdullayev: Metan emissiyalarının azaldılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir

“Neftçi” kapitanı və qapıçısı ilə yeni müqavilə barədə razılığa gəlib

Ukraynanın energetika naziri: Enerji sistemlərinin dayanıqlılığının artırılması üçün yeni yanaşmaların tətbiqi vacibdir

Qazaxıstan XİN İranın nüvə probleminin həllində Astananın texniki yardım göstərməyə hazır olduğunu bəyan edib

SOCAR: Dekorbanizasiyanı hələlik tam olaraq reallaşdırmaq mümkün deyil

“Qəbələ” üç futbolçusu ilə yollarını ayırıb

Bayram günlərində avtovağzallardan 102 minə yaxın sərnişin daşınıb

Nazir: Bərpaolunan enerji payının 2035-ci ilədək 43 faizə çatdırılması məqsədilə şəbəkə tədqiqatları yekunlaşmaq üzrədir

Moldovalı nazir: Bərpaolunan enerji mənbələrinin inkişafı enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilib

Dövlət İmtahan Mərkəzi şəhid övladlarına metodik vəsaitlər hədiyyə edib

“Mənim səsim – mənim hüquqlarım” - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans YENİLƏNİB VİDEO

“Mənim səsim – mənim hüquqlarım” - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans YENİLƏNİB VİDEO

Alparslan Bayraktar: TANAP boru kəmərinin ötürücülük qabiliyyətini artırmaq mümkündür

Azərbaycan beynəlxalq şəhərsalma təcrübəsinə inteqrasiya edir - alimdən şərh

ABŞ-də mənzil problemi kəskin hal alır

Nazir: Ötən il Aİ-nin təbii qaz idxalının 8,1 faizi Azərbaycanın payına düşüb

Azərbaycan Universitetində növbəti “Karyera günü” təşkil olunub

Karlo Ançelottinin oğlu “Lill”in baş məşqçisi təyin olunub

Azərbaycanın və Keniyanın Ali məhkəmələri arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanının II cəhdində iştirak etmək üçün qeydiyyat başlanıb

Nazir: “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırması iyulda tamamlanacaq

Pərviz Şahbazov: Azərbaycan ötən il və bu ilin ilk 4 ayında Avropaya 16,7 milyard kubmetr qaz göndərib

Azərbaycanlı rejissor Moskvada “Gələcəyin təlimatçısı” adına layiq görülüb

Çimərlik güləşçiləri Dünya Seriyasında 2 medal qazanıblar

Q.S.Qurbanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yazıçı Rəna Abdullayevanın yaradıcılığında dil məsələləri - elmi seminar