QAN YADDAŞI


Rotterdam şəhərində Qanlı Yanvar faciəsinə həsr edilmiş anım tədbiri keçirilib

Bakı, 21 yanvar, AZƏRTAC 

Benilüks Azərbaycanlıları Konqresi (BAK) tərəfindən Rotterdam şəhərində Qanlı Yanvar faciəsinə həsr edilən anım tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Niderlanddakı səfirliyindən məlumat verilib.

Tədbirdə çıxış edən Benilüks Azərbaycanlılar Konqresinin sədri Elsevər Məmmədov qeyd edib ki, bu qanlı cinayət azərbaycanlıların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu. 20 Yanvar faciəsində həlak olanlar xalqımızın qəhrəmanlarıdır.

Azərbaycanın Niderlanddakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Cəlal Mirzəyev öz çıxışında deyib ki, 29 il bundan əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir terror aktı idi. Bu faciədə 147 azərbaycanlı şəhid oldu və 700-ə yaxın insan yaralandı. 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.

Tədbirdə çıxış edən Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov qeyd edib ki, Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Azərbaycan xalqı 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth etdi.

Benilüks Azərbaycanlılar Konqresinin (BAK) icra aparatının rəhbəri Sima Cəfərova bildirib ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı gənclərimiz üçün bir örnəkdir. Azərbaycanın bugünkü və gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürməli, müstəqilliyimizin əbədiliyi uğrunda mübarizəyə daim hazır olmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.