İQTİSADİYYAT


SOCAR Gürcüstanla sıx əməkdaşlıq nümunəsində özünü etibarlı tərəfdaş kimi göstərib

Tbilisi, 22 oktyabr, Ruslan Manafov, AZƏRTAC 

Azərbaycanın SOCAR şirkəti Gürcüstanla sıx əməkdaşlıq nümunəsində özünü etibarlı tərəfdaş kimi göstərib.

AZƏRTAC-ın Gürcüstana ezam olunmuş müxbiri xəbər verir ki, bu fikri Tbilisidə keçirilən III İpək Yolu Forumu (III Silk Road Forum 2019) çərçivəsində təşkil olunan “Energetikanın gələcəyi – İpək yolu və onun hüdudlarından kənarda enerji kəmərində yeni tendensiyalar, təhlükəsizlik və dayanıqlılıq” adlı panel sessiyasında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov səsləndirib.

Y.Lətifovun sözlərinə görə, şirkət təkcə Gürcüstanda deyil, özünün müsbət imicinin olduğu bir sıra başqa ölkələrdə də fəaliyyət göstərir, həmin ölkələrin hökumətləri ilə sıx əlaqələr saxlayır ki, bu da şübhəsiz ki, istər regionda, istərsə də bütövlükdə Avropada təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir.

SOCAR-ın vitse-prezidenti onu da bildirib ki, neft-qaz sahəsində Azərbaycanda yaxşı məktəb var, ölkəmiz bu sektorda çalışan yüksəkixtisaslı mütəxəssislərlə, mühəndislərlə öyünə bilər. O, həmçinin şirkətin neft-kimya sənayesi sahəsində fəaliyyətindən də bəhs edib.

Qeyd edək ki, forumun ilk günündə ticarət, süni intellekt, nəqliyyat və energetika məsələləri ilə bağlı müzakirələr aparılır. Tədbirin ikinci günü isə özəl sektora və Gürcüstanın sərmayə imkanlarına həsr olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.