İDMAN


Şahmat üzrə Azərbaycan çempionatının üçüncü turundan sonra Rüfət Bağırov və Nicat Məmmədov liderdirlər

Bakı, 24 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, şahmat üzrə kişilər arasında dairəvi sistemlə keçirilən Azərbaycan çempionatının üçüncü turunda Nicat Məmmədov Orxan Abdulova qalib gəlmiş, Zaur Məmmədov isə Fərid Abbasova uduzmuşdur.

Bu turda Vasif Durarbəyli–Rüfət Bağırov, Ülvi Bacarani–Vüqar Rəsulov, Qədir Hüseynov–Loğman Quliyev, Nicat Abbasov–Azər Mirzəyev qarşılaşmaları heç-heçə nəticələnmişdir.

Üç turdan sonra hərəyə 2,5 xal toplamış Rüfət Bağırov və Nicat Məmmədov liderdirlər.

Çempionatın dördüncü turunda Rüfət Bağırov (2471)–Azər Mirzəyev (2563), Loğman Quliyev (2464)–Nicat Abbasov (2486), Vüqar Rəsulov (2483)–Qədir Hüseynov (2591), Fərid Abbasov (2537)–Ülvi Bacarani (2393), Orxan Abdulov (2344)–Zaur Məmmədov (2443), Vasif Durarbəyli (2504)–Nicat Məmmədov (2580) qarşılaşmaları olacaqdır.

Azərbaycan çempionatının mükafat fondu 10 min manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.