İDMAN


Şahmatçılarımız Banqladeşdə keçirilən xatirə turnirinə qələbə ilə start veriblər

Bakı, 20 oktyabr, AZƏRTAC

Banqladeşin paytaxtı Dəkkədə keçirilən xatirə turnirinə Azərbaycan şahmatçıları qələbə ilə start veriblər.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı 5 şahmatçı - Vüqar Əsədli, Misrətdin İsgəndərov, Ülvi Sadıqov, Vüqar Rəsulov və Azər Mirzəyev təmsil edir. Birinci turda təmsilçilərimiz V.Əsədli pakistanlı Mahmood Lodhi, M.İsgəndərov hindistanlı Bisvas Sourath, V.Rəsulov banqladeşli Choudhury Anata, A.Mirzəyev daha bir yerli idmançı Zaur Rahman ilə qarşılaşmalardan qalib ayrılaraq aktivlərinə 1 xal yazdırıblar. Şahmatçılarımızdan yalnız Ülvi Sadıqov rəqibinə uduzub.

Yarışda 102 şahmatçı iştirak edir ki, onlardan da 33-ü qrossmeysterdir.

Oktyabrın 27-dək davam edəcək turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.