DÜNYA


Suriya düşərgələrindəki ingilis uşaqların ölkəyə gətirilməsi prosesi başlayıb

London, 21 oktyabr, AZƏRTAC

İngiltərə hökuməti İŞİD-in Suriyadakı düşərgələrində olan ingilis uşaqların ölkəyə gətirilməsi üçün ilk addımlarını atıb.

AZƏRTAC “Guardian” qəzetinə istinadla xəbər verir ki, bu uşaqların ölkəyə qaytarılması üçün, ilk növbədə, təhlükəsiz keçid yolu yaradılacaq.

Hökumət rəsmiləri prosesə başlamaq üçün Suriyanın şimal-şərqindəki bəzi qurumlarla əlaqə yaratdıqlarını açıqlayıblar.

İngiltərə yardım təşkilatlarının nümayəndələri ilə kürdlər arasında aparılan danışıqlar zamanı kürd qüvvələrinin nəzarəti altında olan düşərgələrdəki uşaqların əvvəlcə İraqın Ərbil şəhərinə aparılması, oradan isə İngiltərəyə göndərilməsi planlaşdırılıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.