ELM VƏ TƏHSİL
Tarixçi-etnoqraf Teymur bəy Bayraməlibəyova məxsus sənəd üzərində bərpa işləri aparılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasında tarixçi-etnoqraf, pedaqoq, maarifçi, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu olmuş Teymur bəy Bayraməlibəyova məxsus sənəd üzərində bərpa işləri aparılıb.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, həmin sənəd Teymur bəy Bayraməlibəyovun Tiflisdə Qafqaz Baramaçılıq Stansiyasının ipəkçilik və arıçılıq kurslarını dinləməsi haqqında vəsiqəsidir.
Eksponat mexaniki təmizlənərək yuyulub, köhnə yapışdırıcı kağızından təmizlənib, dörd hissəyə bölünmüş hissələr yığılaraq uyğun kağıza dublikasiya edilib.
Eksponata ikinci həyat verən muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Səbinə Əfəndiyevadır.