DÜNYA


Tatarıstanda yaşayış binasında baş verən partlayış nəticəsində 8 nəfər xəsarət alıb

Moskva, 22 iyun, AZƏRTAC

Rusiya Federasiyası Tatarıstan Respublikasının Zainsk şəhərində yaşayış binasında qaz balonunun partlaması nəticəsində 8 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, yerli qəza tibb mərkəzinin məlumatına görə, xəsarət alanlardan 3 nəfərin, o cümlədən bir uşağın vəziyyəti ağırdır. Partlayış binanın mənzillərindən birində təmir işləri aparılan zamanı baş verib.

Hadisə nəticəsində binanın 4-cü və 5-ci mərtəbələrində mənzillərə ciddi ziyan dəyib, 16 sakin təxliyə edilib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.