DÜNYA


Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

İstanbul, 10 avqust, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC rəsmi informasiya mənbələrinə istinadla xəbər verir ki, dövlət başçıları ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər.

Prezidentlər, həmçinin Türkiyə ilə Rusiya arasında iqtisadiyyat, ticarət, müdafiə sənayesi və energetika sahələrində əməkdaşlıq əlaqələrini yüksək dəyərləndiriblər. Dövlət başçıları Suriya böhranı ilə bağlı da fikir mübadiləsi aparıblar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.