Azərbaycan Dövlət İnformasiya Agentliyi

XALQA, VƏTƏNƏ VƏ DÖVLƏTƏ SƏDAQƏT ANDI
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN ANDİÇMƏ MƏRASİMİ

XALQA, VƏTƏNƏ VƏ DÖVLƏTƏ SƏDAQƏT ANDI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN ANDİÇMƏ MƏRASİMİ

On yeddi il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra müasir tarixinin yeni bir dövrünə qədəm qoymuşdur. Daxili siyasi böhranın, hərc-mərcliyin, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsi, ictimai-siyasi sabitliyin təmin olunması ölkəni müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas etmişdir. Azərbaycan tədricən dünya birliyində öz yerini tutmuş, ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğuna keçməyin labüd şərti olan geniş siyasi-iqtisadi islahatların aparılmasına başlanmışdır. Bu baxımdan müstəqil respublikanın ilk Konstitusiyasının qəbul edilməsinin, Azərbaycanın yeni neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsinə başlanmasının çox böyük, tarixi əhəmiyyəti olmuşdur.

Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyini təmin etmiş, ölkənin bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə başlanmışdır. Ulu öndərin gərgin və məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan sosial-iqtisadi inkişaf yoluna çıxmışdır.

Ölkədə on il ərzində həyata keçirilən bu xəttin 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsindən sonra müasir dövrün reallıqları nəzərə alınmaqla uğurla davam etdirilməsi müstəqil Azərbaycanın tarixində yeni bir mərhələ açmışdır. Dinamik sosial-iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycan bütün sahələrdə indiyədək görünməmiş uğurlar qazanmışdır. İqtisadi artım sürətinə görə dünyada lider, regionun lider dövləti, Avropanın enerji təhlükəsizliyinə töhfə vermək, bölgələrin sürətli sosial-iqtisadi inkişafı, əhalinin yaşayış səviyyəsinin durmadan yaxşılaşması, beş ildə 700 mindən çox iş yerinin açılması, yoxsulluğun səviyyəsinin kəskin şəkildə azaldılması - budur, bugünkü Azərbaycanın reallıqları.

2008-ci il Azərbaycanın tarixində həm də əlamətdar hadisə - növbəti prezident seçkiləri ilə yadda qalacaqdır. Seçkilərdə prezidentliyə namizədlərin sayı çox olsa da, əslində, qarşıdakı səsvermənin nəticələri Azərbaycan cəmiyyətinə də, xarici ekspertlərə, politoloqlara, müxtəlif təhlil mərkəzlərinə, ümumən dünyaya da irəlicədən məlum idi. Çünki Prezident İlham Əliyevin qalib gələcəyi heç kimdə şübhə doğurmurdu. Belə də oldu, çoxsaylı xarici və yerli müşahidəçilərin, müxtəlif beynəlxalq təşkilatların təmsilçilərinin tam əksəriyyətinin təsdiq etdiyi kimi, indiyədək Azərbaycanda keçirilmiş ən şəffaf, demokratik seçkidə İlham Əliyev 88,73 faiz səs topladı. Bu, ötən beş ildə dövlət başçısının həyata keçirdiyi siyasəti Azərbaycan xalqının bütünlüklə dəstəkləməsinin, ölkənin gələcəyini yenidən ona etibar etməsinin birmənalı təsdiqi idi.

Oktyabrın 24-də Heydər Əliyev Sarayında yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirilmişdir.

Sarayın bayram tərtibatlı salonuna Azərbaycanın dövlət və hökumət rəsmiləri, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, siyasi partiyaların, ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri toplaşmışdılar.

Andiçmə mərasimində Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Türkiyə Baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev, Polşa Prezidenti Administrasiyasının rəhbəri Pyotr Kovanski iştirak edirdilər.

Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular.

Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə, gurultulu və sürəkli alqışlarla qarşıladılar.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri FƏRHAD ABDULLAYEVƏ söz verildi. O dedi:

- Hörmətli xanımlar və cənablar!

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2008-ci il 22 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur.

Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq and içdi:

- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi:

- Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində geniş nitq söylədi.

Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı.

X X X

Azərbaycanın dövlət bayrağı və Azərbaycan Prezidentinin ştandartı (bayrağı) səhnədən aparıldı.

Bununla da andiçmə mərasimi başa çatdı.

X X X

Ali baş komandan, Prezident İlham Əliyev Heydər Əliyev Sarayının qarşısında Milli Qvardiyanın əsgərlərini salamladı.

Əsgərlər hərbi marşın sədaları altında Ali baş komandanın qarşısından keçdilər.

Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali baş komandanının şərəfinə yaylım atəşi açıldı.

Heydər Əliyev Sarayının önünə toplaşmış ictimaiyyətin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Dövlətimizin başçısı onları səmimiyyətlə salamladı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək

Azərbaycanlı üzgüçü: Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var

Rəylərin məhkəmədə ləğv edilməsi riski minimuma endirilir

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb

Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə əməkdaşlıq genişləndirilir

Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub

CECECO Brüsseldə keçirilən 2026-cı il Hidrogen Həftəsində təmsil olunub

"Oceanman" layihəsinin təsisçisi: Əminəm ki, açıq suda üzgüçülükdə yeni səhifə yazacağıq

İspaniyada qatar qəzasında itkin düşmüş sərnişinlərin axtarışı davam edir

Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır

Bu ilin 9 ayında əvvəlki illərdə axtarışa verilmiş şəxslərin 87,2 faizi tutulub

ASF-nin vitse-prezidenti: “Oceanman” hər kəsin üzgüçülüyə marağını artıra bilər

Azərbaycançılıq ideologiyası milli kimliyimizin və ideoloji suverenliyimizin əsasını təşkil edir - ŞƏRH

Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans

Elnur Məmmədov: “Oceanman” Azərbaycanda açıq suda üzgüçülüyün inkişafına töhfə verəcək

“Bakı Prosesi”nin əsas siyasi fəlsəfəsi fərqlilikləri qarşılıqlı zənginləşmə imkanı kimi qiymətləndirməkdir

Bu ilin 9 ayında qeydə alınmış cinayətlərin 90,5 faizi açılıb

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb

Deputat: Azərbaycan beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi mövqeyini möhkəmləndirir

Siyasi şərhçi: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayaqlarıdır

Azərbaycanın kamandan oxatma millisi İraqda qızıl medal qazanıb

Əs-Sisi: “Əl-Dabaa” AES Misirin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayacaq

Avropada baş verənlər demokratiyanın böhrana uğradığını göstərir - ŞƏRH

Kristin Laqard Davos forumuna rəhbərlik edə bilər

“Liverpul” Aleksey Batrakovun oyununu izləyəcək

Ramin Məmmədov: Azərbaycan beynəlxalq dialoqun inkişafına töhfə verir

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir

SEPAH: Hörmüz boğazında üç neft tankeri minaya düşüb

Afinada tarixi ticarət qalereyası 40 milyon avroya yenidən qurulub

Rusiya ordusunun Dneprdə elektrik qatarına hücumu nəticəsində 13 nəfər ölüb

Konstitusiya Məhkəməsi Palatasının iclasında Baş Prokurorluğun sorğusuna baxılıb

Azərbaycanın yeni dövr müzəffər hərb tarixinə aid dəyərli nəşr: “23 saat 43 dəqiqə”

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq

“PAŞA Holdinq” və SOCAR-ın dəstəyi ilə IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzi Azərbaycanda fəaliyyətə başlayır

Qazaxıstanda keçirilən alimlərin beynəlxalq forumunda Azərbaycan da iştirak edir

Avropa Komissiyası Macarıstanın 5,4 milyard avroluq müdafiə planını təsdiqləyib

Naxçıvanda xarici ticarət dövriyyəsinin həcmində artım qeydə alınıb

Cudi Çikaqo “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: “Qadınlar dünyanı idarə etsəydi, necə olardı?”- MÜSAHİBƏ

Prezident YAP-ın VIII Qurultayında ölkəmizin gələcək inkişaf yolunun strateji xəritəsini müəyyənləşdirdi VİDEO

Prezident YAP-ın VIII Qurultayında ölkəmizin gələcək inkişaf yolunun strateji xəritəsini müəyyənləşdirdi VİDEO

Azərbaycan mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə xarici siyasət prioritetləri arasında əlaqəni gücləndirir - ŞƏRH

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət-profilaktik tədbirlər davam etdirilir VİDEO

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət-profilaktik tədbirlər davam etdirilir VİDEO

Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb, fermerlərə xəbərdarlıq edilib

Bakı, Sumqayıt və Abşeronda 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib

Qlobal istiləşmə İsveçrə Alplarında dağçılıq klublarını təhdid edir

® “Azərbaycan Hava Yolları” və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib

Britaniyada sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb

Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər

Azərbaycan qlobal sülhün təminatçısı kimi: mədəniyyətlərarası dialoqdan beynəlxalq həmrəyliyə

Rusiya Azərbaycanın antiinhisar pozuntuları ilə bağlı təklifini dəstəkləyib

Elisso Bolkvadze: Sülhün qurulması həqiqi incəsənət, əsl musiqi və yüksək sənət deməkdir

RİNN və “Wonderful” şirkəti dövlət sektorunda süni intellektin tətbiqini genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb

Fransada alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb

Laos – dünyada ən çox bombalanmış ölkə VİDEO

Laos – dünyada ən çox bombalanmış ölkə VİDEO

Fransada oğurlanmış dekorativ sualtı gəmi Besansonda tapılıb: iki nəfər saxlanılıb

Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib

Kristin Laqard gələn ilin fevralında vəzifəsindən istefa verəcək

Britaniyada yüzlərlə ailə həkimliyi mərkəzinin internet saytı çöküb

Azərbaycan Mətbuat Şurası məktəbdə baş verən hadisə ilə bağlı açıqlama yayıb

MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 62-ci iclasına Qırğızıstan ev sahibliyi edəcək

Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq

Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb

Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur

Fransız deputat: Emmanuel Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib

BMU Çinin aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq memorandumu imzalayıb

Qazaxıstan MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının yeni sədri seçilib

SABAH.angels üzvləri Azərbaycan startapına 500 min manat investisiya yatırıb

Azərbaycan reallıqları ideoloji diversiyaları dəf etməyə tam əsas verir - ŞƏRH

Niderlandla əməkdaşlıq Azərbaycanın qeyri-neft ixracının artırılmasına töhfə verə bilər - ŞƏRH

Xəzər dənizinin səviyyə tərəddüdləri – alim iqlim və geoloji amillərin kompleks təsirindən danışıb

Kəskin soyuqlar Avropada qazın qiymətinin 130 avroyadək yüksəlməsinə səbəb ola bilər

Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib

Zəfər Gününə həsr olunmuş rəsm sərgisi və müsabiqə təşkil edilib

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb

Dövlət Xidmətində oktyabr çağırışının yekunları müzakirə olunub

Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Azərbaycan ikili standartlar siyasətinə adekvat cavab vermək iqtidarındadır – ŞƏRH

Azərbaycançılıq ideologiyası, sivilizasiyaların özünüdərki və yeni geosiyasi reallıqlar MƏQALƏ

“Shell”in mənfəəti iki dəfə artaraq 10,8 milyard dollara çatıb

İlin əvvəlindən qatarlarda 800-dən çox əşya unudulub

Mərkəzi Bank: Gündəlik kreditlərlə bağlı sərtləşdirmə davam etdiriləcək

Elvin Məmmədov: Dünya çempionatında əsas nəticə deyil, uşaqların inkişafıdır

Fransada kiberhücum: Strasburq nəqliyyat şirkətinin 230 min müştərisinin məlumatları ələ keçirilib

Pekin ABŞ-nin Çin şirkətlərini "qara siyahı"ya salmasına etiraz edir

Birləşmiş Ştatların gündəlik neft hasilatı 14 milyon barelə çatır

ABŞ-nin neft ehtiyatları azalır

Ekspert: Niderland şirkətlərinin Bakı limanının inkişafının növbəti mərhələsində iştirakı mümkün ola bilər