Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin fevralı

Bakı, 17 iyul, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 fevral. Prezident Heydər Əliyev Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən görüşdə nitq söylədi.

6 fevral. Böyük Britaniyanın “Kaspian” jurnalının baş redaktoru Ceyms Millerə müsahibə verdi.

12 fevral. Türkiyənin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcan ilə görüşdü.

13 fevral. Gürcüstanın xarici işlər naziri İrakli Menaqarişvilini qəbul etdi.

17 fevral. İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əbdülrəhim Qəvahini qəbul etdi.

20 fevral. MDB-nin üzvü olan dövlətlərin Sərhəd Qoşunları nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdü.

21 fevral. Səudiyyə Ərəbistanının ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdü.

Bakıda TRACECA-nın Daimi Katibliyi ofisinin açılışı mərasimində nitq söylədi.

23-24 fevral. Milli Məclisin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması prosesinə aid məsələnin müzakirəsinə həsr edilmiş iclasında çıxış etdi.

28 fevral. Nehrəm kəndinin bir qrup sakini ilə görüşdü.

X X X

Ulu Öndərin hələ 1997-ci ildə fevralın 2-sini Azərbaycan Gəncləri Günü elan etməsi ölkə həyatında gənclərin roluna verdiyi yüksək qiymətin təzahürü idi. Həmin vaxtdan qeyd olunan bu əlamətdar gün respublika ictimaiyyətinin diqqətini gənclərə yönəldir, onların böyük potensialından istifadə etməyin zəruriliyi barədə mesajlar verirdi. Ümummilli Liderin gənclərlə mütəmadi görüşləri onları yüksək təhsil almağa, səylə çalışmağa, Vətənə və xalqa xidmət etməyə ruhlandırırdı. Belə görüşlərdən biri də 2001-ci il fevralın 2-də - Gənclər Günündə oldu. Tədbirdə çıxış edən Heydər Əliyev gənclərin qarşısında duran vəzifələrdən danışdı, Azərbaycanın müstəqilliyini qoruyub saxlamağın vacibliyini vurğuladı.

Sitat: Hər bir gənc əsaslı təhsil almalıdır. Hər bir gənc müasir həyatın tələblərini mənimsəməlidir. Hər bir gənc müasir həyatda iqtisadiyyat, siyasət sahələrində, sosial sahədə bütün yenilikləri, dünyada gedən prosesləri bilməlidir. Onda Azərbaycan xalqı daha da yüksələcək və on ildən, on beş ildən sonra siz, Azərbaycan gəncləri ölkəni idarə edəndə bu, sizin üçün daha da asan olacaqdır...

Gənclər bilməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük tarixi hadisədir. Ancaq dövlət müstəqilliyini qorumaq, saxlamaq, müstəqil dövləti inkişaf etdirmək ondan da çətin məsələdir və onsuz dövlət müstəqilliyinin əhəmiyyəti ola bilməzdi.

Ulu Öndər, eyni zamanda, gənclərin müasir siyasi proseslərdən, beynəlxalq aləmdə hökm sürən ikili standartlardan məlumatlı olmasını, Azərbaycanın xarici siyasət xəttini dərk etməsini vacib hesab edir, fikirlərini dövrün konkret hadisələri ilə əsaslandırırdı. Gənclər Günündə keçirilən görüşdə Ümummilli Lider Heydər Əliyev bununla bağlı mühüm bir məsələni diqqətə çatdırdı: “Dünyada ədalətsiz qərarlar vardır. Onlardan biri də Fransa Senatının soyqırımı haqqında Türkiyəyə qarşı qəbul etdiyi bu qərardır. Mən Azərbaycan dövləti adından bir daha buna öz etirazımı bildirirəm, bu qərarı pisləyirəm və hesab edirəm ki, bu, Türkiyəyə qarşı, təkcə Türkiyəyə yox, Azərbaycana qarşı da olan ədalətsiz hərəkətdir. Türkiyə hökuməti bu barədə müəyyən tədbirlər görür. İqtisadi əlaqələrin dayandırılması üçün müəyyən tədbirlər görür, sanksiyalar tətbiq edib və edəcəkdir. Biz bu məsələdə Türkiyə ilə daim bir yerdəyik”.

Prezident Heydər Əliyevin birmənalı mövqeyi o zaman Türkiyənin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcan tərəfindən yüksək qiymətləndirilmişdi. Fevralın 12-də Heydər Əliyevlə görüşən səfir Türkiyə Prezidenti Əhməd Necdət Sezərin, Türkiyə hökumətinin adından minnətdarlıq edərək demişdi: “Son dəfə Parisdə olarkən, orada Jak Şirakla görüşərkən bu məsələni tam kəskinliyi ilə qaldırdığınızı bilirik. Təbiidir ki, təkcə bu deyildir. Bu barədə Azərbaycan Respublikasının Milli Məclisi qərar qəbul edib, Xarici İşlər Nazirliyi, siyasi partiyalar münasibətlərini bildiriblər. Azərbaycanın şəhərlərindən, kəndlərindən, qəsəbələrindən səfirliyimizə hər gün müxtəlif məktublar, Azərbaycan xalqının həmişə türk xalqının yanında olduğunu bildirən bəyanatlar gəlir. Bununla əlaqədar mən Sizə - Azərbaycanın dövlət başçısına təşəkkürümü bildirirəm”.

2001-ci ilin fevral ayında ölkəmizin həyatında baş verən mühüm hadisələrdən biri Bakıda TRACECA-nın Daimi Katibliyi ofisinin açılışı oldu. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 1998-ci il sentyabrın 7-8-də Bakıda 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdi. Bu konfrans ölkəmizin TRACECA proqramına verdiyi xüsusi önəmin və diqqətin təzahürü idi. Həmin konfransın yekununda Avropa İttifaqının TRACECA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmışdı.

TRACECA-nın Daimi Katibliyi ofisinin açılış mərasimində nitq söyləyən Prezident Heydər Əliyev ötən dövrdə bu istiqamətdə görülən işləri, həyata keçirilən tədbirləri xatırladaraq dedi: “İndiyə qədər Avropa İttifaqı tərəfindən TRACECA proqramının həyata keçirilməsi ilə əlaqədar tədbirləri biz yüksək qiymətləndiririk. Ancaq eyni zamanda bu, bizim tərəfimizdən böyük işin başlanğıcı kimi qəbul olunur. Məhz bu işi daha da gücləndirmək məqsədilə 1998-ci ilin sentyabr ayında Avropa İttifaqının və TRACECA proqramında iştirak edən dövlətlərin təşəbbüsü ilə, bizim təşəbbüsümüzlə Bakıda bu proqramın həyata keçirilməsinə, böyük İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirildi və bunun nəticəsində sənəd imzalandı. Konfrans TRACECA proqramının katibliyini yaratdı və onun Azərbaycanda yerləşməsi haqqında qərar qəbul etdi. Biz bunu böyük məmnuniyyət və minnətdarlıq hissi ilə qarşıladıq və Bakının ən qədim binalarından birinin bu katibliyin sərəncamına verilməsi haqqında qərar qəbul etdik”.

Ulu Öndər çıxışında, həmçinin vurğuladı ki, böyük İpək Yolunun bərpa edilməsi bu gün üçün də, XXI əsr üçün də ən böyük proqramlardan biridir. Bu proqramın hərtərəfli inkişafını nə qədər təmin edə bilsək, Cənubi Qafqaz, Orta Asiya, Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiyası o qədər də sürətli olacaq.

2019-cu ilin dekabrında Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin 20 illik fəaliyyəti münasibətilə keçirilən yubiley konfransı Heydər Əliyevin böyük uzaqgörənliklə qəbul etdiyi qərarların həyatiliyini bir daha təsdiqlədi.

Bu məqamda Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktubdan bir hissəni sitat gətirmək yerinə düşər: “Fəaliyyət göstərdiyi 20 il ərzində TRACECA Proqramı üzv ölkələr arasında multimodal daşımaların təşviqi, tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə həmin ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr vermişdir.

Azərbaycan Respublikası Avropa-Qafqaz-Asiya regionunda nəqliyyat dəhlizlərinin və əlaqəli infrastrukturun inkişaf etdirilməsinin vacibliyini tanıyaraq, bir sıra layihələrin həyata keçirilməsi üçün sərmayələr yatırır, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edir. Bununla bağlı xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan region üçün vacib layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi vacib beynəlxalq layihələrin əsas həmicraçısı, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların, o cümlədən multimodal infrastrukturun təşviqinə dəstək verən Şərq-Qərb və Cənub-Qərb avtomobil yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər yerli layihələrin icraçısıdır”.

Xatırladaq ki, 2022-ci ildə TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51 milyon 420,6 min ton, yük dövriyyəsi isə 12 milyard 648,9 milyon ton/kilometr olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abdulhakim Al Sənan: Üzeyir Hacıbəyli Azərbaycanın müasir musiqi kimliyini formalaşdırıb

Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır

Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL

Murad Hüseynov: I Türk Dünyası Bəstəkarları Qurultayı yaradıcı potensialları birləşdirməyə töhfə verən beynəlxalq əməkdaşlıq məkanıdır

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

Aktotı Raimkulova: Türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açılır

Azərbaycanı təmsil edən idmançı İsveçdə ciu-citsu turnirinin qalibi olub

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirilir

Azərbaycan və Özbəkistan arasında QHT sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Pekində Azərbaycan muğamı və Çin musiqisi bir səhnədə səslənib

Nazir müavini: IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var

ADPU-ya 500-dən yüksək balla qəbul olunanların 81 faizi dövlət sifarişi ilə təhsil alacaq

Bakıdakı avtobus sürücülərinin musiqi ifası Türkiyə mediasının diqqətini cəlb edib

Gəncədə dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Antiterror tədbirləri: DİN-in döyüş yolu

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı 31 nəfərə çatıb

Razi İbrahimov: Xocalı istiqamətində döyüşlər zamanı keçirdiyim hissləri heç vaxt unutmayacağam

Bir sutkada qazanılan tarixi Zəfər

Akademik Gövhər Baxşəliyeva: Onun yoxluğu ilə hələ də barışa bilmirik

® Gənc rejissor Ayan Məlikin “Layla” adlı filminin təqdimatı olub

Tramp: Polşa xarici təhdidlərin öhdəsindən gələ bilər

Tarixçi-şərqşünas: Aida xanımın nurlu xatirəsi mənə yol göstərməkdə davam edir

ADPU tələbələrinin 68 faizi ödənişsiz təhsil alacaq

Hörmüz boğazında gəmiçilik trafiki müharibədənəvvəlki səviyyədən 90 faiz aşağıdır

ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib

Tramp Si Cinpini hava limanında şəxsən qarşılayacaq

Barselona “The Earthshot Prize” ekoloji mükafatının finalçıları sırasına daxil olub

Aİ Finlandiya və Cənubi Afrika şirkətləri arasında 1,42 milyard avroluq müqaviləni bloklaya bilər

Almaniya ilk “F-35A” qırıcısını ABŞ-dən təhvil alıb

Kanada bu ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir

Keyn Bundesliqada 100 qol vuran ən sürətli futbolçu olub

Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib

Tramp: ABŞ Qrenlandiyada təhlükəsizlik sahəsində daimi nəzarət əldə edib

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

Media: İranla münaqişədə ABŞ hərbçiləri arasında itkilər rəsmi rəqəmlərdən çoxdur

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

ABŞ husilərlə danışıqlar aparır

Yardımlıda açıq ərazidə yanğın baş verib

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

“Arşın mal alan”la Akademik Musiqili Teatrda yeni mövsümə start verilib

Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub

Babək rayonunda sahibkarlarla görüş: aqrar sahədə yeni Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Almaniya yanacaq qiymətlərinin azaldılması üçün ikimərhələli paket hazırlayır

Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib

Naxçıvanda Milli Musiqi Günü: “Arşın mal alan” tamaşası səhnələşdirilib

® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı

Şuşada Milli Musiqi Günü: Qarabağ Universitetinin kollektivi konsert proqramı təqdim edib

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

Tarixin yaddaşını yaşadan alim: Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub

“PAŞA Bank” Naxçıvanda inşa olunan “Şəms-1” Günəş Elektrik Stansiyasına maliyyə vəsaiti ayırıb

AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

Dövlət Suverenliyi Günü Nizami rayonunda geniş ictimaiyyətin iştirakı ilə qeyd edilib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Bu saata olan əsas xəbərlər

Əkiz bacılar: Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan TDT-də həm platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaşdır - ŞƏRH

Ağcabədidə Milli Musiqi Günü: kitab və rəsm sərgisi, rəngarəng konsert proqramı

“Azərkosmos”da ISO standartları üzrə kənar audit uğurla tamamlanıb

Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən “Tanış yadlar” sərgisini təqdim edib

Robert Mobili: Məqsəd Alban kilsəsini saxtalaşdıraraq erməni kilsəsi adı ilə dünyaya tanıtmaq idi

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

Azərbaycanlı pianoçunun Varşavadakı konserti dinləyiciləri heyran edib

ADPU-CVU Peşəkar İnkişaf Təlimi liderlik dialoqu ilə yekunlaşıb

Sumqayıtda “PeşəFest-2026” layihəsinə başlanılıb

İqlim dəyişikliyi mövzusu nəqliyyat infrastrukturunda mühüm yer tutur - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalında fetal təbabət üzrə master-klas olub

Azərbaycanın Dövlət Suverenliyi: tarixi, hüquqi və siyasi aspektlər -elmi praktik tədbir

Türkiyə Milli Müdafiə Nazirliyi: Birlikdə güclü, birlikdə qətiyyətliyik

Gəncə–Daşkəsən regionunun toponimik sözlüyü hazırlanacaq

Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır

Ailə tipli icmaəsaslı məktəbəqədər təlim qruplarına tərbiyəçi-müəllimlərin qeydiyyatına başlanılıb

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası VİDEO

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası VİDEO

Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib

AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub

Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib

Davamlı sülhün təməli etimaddır - MƏQALƏ

Neftçalada dəyəri 5 milyon manat olan dövlətə məxsus müəssisə özəlləşdiriləcək

® KOICA-nın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vurulub

Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Saatlıda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti tarixində və peşəkar musiqi sənətinin inkişafında rolu - ŞƏRH

Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə

Laçında uşaqlar üçün tibbi müayinələr təşkil olunub

Türk dövlətləri arasında enerji və nəqliyyat dəhlizlərinin inkişafı iqtisadi inteqrasiyanı dərinləşdirəcək- RƏY

Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub

UNEC-də əlilliyi olan tələbələrin beynəlxalq təcrübə imkanları genişləndirilir

“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb

“Elektroenergetika və bərpaolunan enerji” Standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası olub

İqtisadiyyat nazirinin müavini Goranboyda vətəndaşlarla görüşüb

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

“Şahdağ” ES-də 5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb