Xırdalan musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqənin qalibi olublar
Xırdalan, 2 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqənin qalibi olublar.
Abşeronlu gənc musiqiçilər Türkiyədəki “Kaspi ART”ın təşkilatçılığı ilə müxtəlif nominasiyalar üzrə keçirilən “Caspi Art İnternet Musik&Danse Turkey” beynəlxalq müsabiqəsində uğurlu iştirak ediblər.
Bu haqda AZƏRTAC-a Sumqayıt Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin 3-cü sinif şagirdləri Nuray Mehdiyeva və Nuranə Salmanova I dərəcəli, 8-ci sinif şagirdi Bağır Babayev isə II dərəcəli diploma layiq görülüblər. Məktəbin birinci sinif şagirdi Aysu Yəhyayeva da diplom alaraq müsabiqənin laureatı adını qazanıb. Müsabiqə laureatların uğurunu onlarla bərabər musiqi məktəbin müəllimləri İradə Məmmədova və Mübariz Paşayev bölüşüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:04]
ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər
- 21.09.2026 [10:57]
Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO
- 21.09.2026 [10:07]
Tovuzda evlərdən oğurluq edən şəxs saxlanılıb
- 21.09.2026 [08:17]
Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub
- 20.09.2026 [23:47]
Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb FOTOLAR VİDEO
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]