REGİONLAR


Yaponiyanın qrant yardımı ilə Saatlıda iki layihə həyata keçiriləcək

Saatlı, 20 fevral, Mahir Babayev, AZƏRTAC

Fevralın 20-də Saatlı Rayon İcra Hakimiyyətində “Saatlı rayonunun Mollavazlı kəndində suvarma sisteminin təchizatı” və “Saatlı rayonunun tullantıların idarə olunması sisteminin tikintisi” layihələrinin imzalanma mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edən səfir Teruyuki Katori layihənin əhəmiyyətindən söz açaraq, istifadəsiz qalmış əkin sahələrinin suvarma sisteminin qurulması nəticəsində yenidən əkinə cəlb olunacağına, tullantıların idarə olunması sisteminin isə ictimai sağlamlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov layihələrin reallaşmasının kənd təsərrüfatı məhsulları istehsalının inkişafına və tullantıların idarə edilməsi prosesinə töhfə verəcəyinə əmin olduğunu ifadə edib.

Qeyd olunub ki, qrant yardımı çərçivəsində layihələrin dəyəri, ümumilikdə, 178 min 408 ABŞ dolları təşkil edəcək. Bu, Saatlı rayonunda “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” Proqramı çərçivəsində həyata keçirilən sayca altıncı layihədir. “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı insan təhlükəsizliyi ideyasına əsaslanaraq, inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa dəstək göstərir.

Sonda səfir Teruyuki Katori, “Davamlı İnkişafa Doğru” İctimai Birliyinin rəhbəri Namiq Heydərov və “İnkişaf 2006” Sosial Dəstək İctimai Birliyinin rəhbəri Fizuli Abiyev layihələri imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.