CƏMİYYƏT


Yol polisindən Beynəlxalq Qadınlar Günündə maraqlı reyd

Bakı, 8 mart, AZƏRTAC

Hər il olduğu kimi, bu il də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə maraqlı reyd keçirib.

AZƏRTAC xəbər verir ki, “Nümunəvi qadın sürücü” devizi altında keçirilən ənənəvi aksiya çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmayan xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edilir.

BŞDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə bildirib ki, nümunəvi xanım sürücülərə avtomobili pulsuz yumaq, restoranda iki nəfərlik şam etmək, yanacaq doldurmaq üçün kuponlar təqdim edilir, həmçinin onlar pulsuz sığorta, telefon danışıq kartları, qida və kosmetik məhsullar, qablar və güllərlə mükafatlandırılırlar.

Aksiya bu gün axşam saatlarına qədər davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.