CƏMİYYƏT
® “OBA Market” mobil tətbiqi Azərbaycanda yüklənmədə birinci yerə yüksəlib
Qısa zamanda “OBA Market” mobil tətbiqi Azərbaycan üzrə “Google Play Store”da birinci yerə yüksəlib.
Azərbaycanın lider şirkətlərindən biri, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan və daim müştərilərini düşünən “OBA” marketlər şəbəkəsinin “OBA Market” adlı mobil tətbiqi qısa müddət ərzində böyük marağa səbəb olub.
Belə ki, 22 gün öncə istifadəyə verilən tətbiq “Google Play Store”da dünyada tanınmış platformaları geridə qoyaraq Azərbaycanda yüklənmə trendlərində birinci yerə yüksəlib.
Qeyd edək ki, “OBA Market” mobil tətbiqi 30 aprel tarixindən etibarən ictimaiyyətə təqdim edilib və müştəriləri üçün bir sıra yeniliklər nəzərdə tutub.
Sözügedən tətbiq vasitəsilə "OBA” marketlərindən hər 10 AZN və üzəri alış-verişlərdə keşbek və xüsusi hədiyyələr qazanmaq mümkündür.
İstifadəçilər, həmçinin mobil tətbiq vasitəsilə "OBA” marketlərində həyata keçirilən "Həftənin fürsətləri”, "Möhtəşəm çərşənbə”, "Həftəsonu endirimləri”, "Xüsusi endirim” adlı ənənəvi və müxtəlif növ kateqoriyalar üzrə həyata keçirilən yeni endirimlərdən istənilən vaxtda və operativ olaraq xəbərdar olmaq, şikayət və təklifləri birbaşa tətbiq vasitəsilə bildirmək fürsəti qazanırlar.
Bundan əlavə, mobil tətbiqə daxil olaraq ən yaxın "OBA” market filialının ünvanını da əldə etmək mümkündür.
"OBA Market” mobil tətbiqini Android və iOS əməliyyat sistemlərindən yükləmək mümkündür. Müştərilər mobil tətbiqi “Google Play Store” və “Apple App Store”da axtarış xanasına "OBA Market” sözünü yazaraq yükləyə bilərlər.
“OBA Market” mobil tətbiqini bu linkdən yükləyə bilərsiniz: Yüklə