İQTİSADİYYAT
® ABB-nin səhmlərinə abunə yazılışı başa çatıb!
Sentyabrın 10-da ABB-nin səhmlərinə abunə yazılışı başa çatıb.
“ABB səhmdarı ol! - Mərkəzdən hər kəsə!” devizi ilə keçirilən və 3 ay davam edən abunə yazılışı dövründə ilkin məlumatlara görə, ABB səhmlərinə 33 mindən artıq investor 49 min ədədə yaxın sifariş yerləşdirib.
Bu, ölkəmizin kapital bazarı üçün tarixi göstəricidir.
Bütün kanallar (“ABB mobile” tətbiqi, bank filialları, investisiya şirkətləri) üzrə verilmiş sifarişlər tam toplandıqdan sonra yerləşdirmə həyata keçiriləcək. Sifarişlərin icrası prosesi 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 6 iş günü müddətində davam edəcək və 24 sentyabrda başa çatacaq.
Qanunvericiliyin tələblərinə uyğun olaraq yerləşdirmə aşağıdakı ardıcıllıqla aparılacaq:
1) Üstünlük hüququna malik səhmdarların üstünlük hüququ üzrə onların payına düşən səhmlərin alınması üzrə verilmiş sifarişləri icra ediləcək;
2) Yerdə qalan bütün sifarişlər, o cümlədən üstünlük hüququna malik səhmdarların üstünlük hüququndan artıq verilmiş sifarişləri də qiymətə uyğun sıralanaraq icra olunacaq.
Yerləşdirmənin nəticələri barədə məlumat 24 sentyabrda investorlara təqdim olunacaq.
Abunə yazılışı dövründə investorlar tərəfindən sifarişlər ilk dəfə olaraq tam rəqəmsal formada “ABB mobile” tətbiqi vasitəsilə, eləcə də ABB-nin və ölkəmizdəki əksər bankların filiallarından, həmçinin səhmlərin emissiyasının anderrayteri olan “ABB İnvest” və ölkəmizdəki digər investisiya şirkətləri vasitəsilə təqdim edilib.
ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-ci ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1 faizə yüksəlib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.