® “AccessBank”dan Yeni il kampaniyası – yeni müştərilərə 24 AZN hədiyyə
Sizin yerli Avropa bankınız olan “AccessBank” müştərilərin Yeni İl ab-havasına əlavə rəng qataraq, misli görünməyən “2023-də 23 AZN xərclə, 2024-də 24 AZN qazan” kampaniyasına start verir.
Bayram hədiyyəsi qazanmaq istəyənlərə “AccessBank” ilk dəfə olaraq, “OK kredit kartı” müştərilərinə Yeni İlə pul mükafatı təqdim edir. Kampaniyanın qaydalarına görə, yeni “OK kredit kartı” sahiblərinə 2023-cü ilin son gününə qədər minimum birdəfəlik 23 manat xərcləmək şərti ilə, 2024-cü ilin ikinci həftəsinin sonunadək 24 AZN məbləğində birdəfəlik pul mükafatı kredit kartının balansına yüklənilir.
Kampaniya dekabrın 19-dan 31-dək aktivdir. Kampaniya haqqında, o cümlədən, “OK kredit kartı” və onun üstünlükləri haqqında ətraflı məlumat əldə etmək, eləcə də, kartı sifariş vermək üçün linkə keçid edin:
https://www.accessbank.az/az/private/creditcard/ok-kart/
“OK kredit kart”larını bankın filiallarından əldə etmək mümkündür. Filiallar haqında əlavə məlumat linkdə təqdim edilir: https://www.accessbank.az/ru/our-bank/service-networks/.
Məlumat üçün bildiririk ki, “AccessBank”ın “Azadlıq”, “Binəqədi”, “Nərimanov” və “Lökbatan” filialları şənbə günü də fəaliyyət göstərir.
“AccessBank” 2002-ci ildən Azərbaycanın bank sektorunda fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-i Bakıda, 18-sı bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (feysbuk, instaqram, linkedin) hesablarına daxil olmaq olar.
“AccessBank” QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 2002-ci il 25 oktyabr tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.