İQTİSADİYYAT
® “ADORE” şirkəti beynəlxalq TFWA parfümeriya sərgisində





2023-cü il oktyabrın 1-5-də Fransanın Kann şəhərində vergidən azad bazara çıxarılan premium seqmentli malların (parfümeriya, kosmetika, saatlar, moda aksesuarları, tütün məhsulları və s.) ən geniş miqyaslı beynəlxalq TWFA (Tax Free World Association -Vergidən Azad Dünya Assosiasiyası ) sərgisi keçirilməkdədir. Azərbaycanda parfümeriya-kosmetika məhsullarının ən iri distribütorlarından biri olan "ADORE" şirkəti də bu sərgidə iştirak edir. Artıq neçənci ildir ki, "Adore Perfumery&Cosmetics" və "Sabina Perfumery&Cosmetics" parfümeriya və kosmetik məhsullar şəbəkəsi bütün parfümeriya həvəskarlarını yeni brendlərlə sevindirir. Bu il də tezliklə sevimli mağazalarımızda parfümeriya dünyasında öz layiqli yerlərini qazanan daha bir neçə yeni brendin görünəcəyi istisna edilmir. Beynəlxalq arenada iştirak etməklə, "ADORE" şirkəti Azərbaycan ilə TFWA beynəlxalq sərgisinin iştirakçıları arasında iqtisadi əlaqələri ildən-ilə gücləndirir.
Beynəlxalq TFWA Sərgisi hər il sentyabr ayının sonu-oktyabrın əvvəlində Kanndakı Festivallar və Konqreslər Sarayında keçirilir (yeri gəlmişkən, bu saray ənənəvi olaraq, məşhur film festivalına da ev sahibliyi edir) və 6 gün davam edir, bu müddət ərzində istehsalçılar məhsullarını vergidən azad (duty-free) mağazaların nümayəndələrinə, mətbuata və sənayenin digər təmsilçilərinə nümayiş etdirirlər. Beynəlxalq TFWA Sərgisi digər şoulardan öz əhatə dairəsi (təxminən 520 iştirakçı şirkət) və pərakəndə satış bazarında texnoloji yeniliklərlə tanış olmaq imkanı yaradan Rəqəmsal Kəndin (Digital Village) mövcudluğu ilə fərqlənir. Bir çox brend üçün bu tədbir əhəmiyyətli məkana çevrilir, çünki sərginin keçirildiyi müddət ərzində bütün digər təqdimatlarla yanaşı, cari və ya gələn il istifadəyə veriləcək yeni məhsulların qapalı təqdimatları, habelə müəyyən bazarlar üçün məhdud məhsul buraxılışları təşkil edilir.