® Bakıda 2-ci dəfə “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Ölkəmizdə 2-ci dəfə keçiriləcək olan “Sənaye Təhlükəsizliyi Zirvəsi” 14 dekabr 2024-cü il tarixində “Marriott Hotel Boulevard”da Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq. Zirvə bir bütöv günü əhatə etməklə rəsmilərin açılış nitqləri, bir davos və bir TEDx formatlı panellər və “HSE Awards” hissələrindən ibarət olmaqla 15-dək spiker və moderatorun iştirakı ilə “Sıfra doğru” şüarı altında öz sahəsinin 350-dən çox rəhbər, idarəçi və qərarverici şəxslərinin iştirakı ilə keçiriləcək.
“Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə özəl və dövlət müəssisələrinin nümayəndələri, icraçı direktorlar, şirkət rəhbərləri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarları sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və iş yerində təhlükəsizlik mövzularında qlobal yeniliklər, innovativ həllər və qabaqcıl təcrübələri müzakirə edərək fikir mübadiləsi aparacaq.
I Panel: “Sinerjidən enerjiyə”
“Sinerjidən enerjiyə” panelində innovasiyaları davamlı, karbonsuz bir gələcəyə aparan əməkdaşlıq yaratmaq üçün hökumət, biznes və akademik dairələrin birgə təşəbbüsü ilə alternativ enerji mənbələrinə keçidi sürətləndirmək, sənaye təhlükəsizliyini artırmaq və qabaqcıl həllərlə iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə rəhbərlik etmə yolları müzakirə ediləcək.
II Panel: “Speak-up”
İkinci panel, müxtəlif sənaye liderlərinin TEDx formatında çıxışları ilə karbonsuzlaşdırma və SƏTƏM sahəsindəki yenilikləri müzakirə edərək, açıq ünsiyyət və psixoloji təhlükəsizliyin sənaye innovasiyaları və əməkdaşlığını gücləndirməkdəki rolunu vurğulayacaq.
“HSE Awards”
“HSE Awards” müxtəlif sənaye sahələrində iş yerində təhlükəsizlik, ətraf mühitin qorunması və dayanıqlılıq üzrə diqqətəlayiq nailiyyətləri mükafatlandıraraq, SƏTƏMM sahəsində mükəmməllik yanaşmasının yaxşı təcrübələri təşviq edib daha təhlükəsiz və dayanıqlı biznes həllərinin tətbiqini dəstəkləyir.
Sənaye Təhlükəsizliyi Zirvəsi çərçivəsində keçiriləcək “HSE Awards” təltifetmə müsabiqəsində iştirak və bilet satışı üçün rəsmi “www.stz.az” veb-saytı artıq aktivdir.
Sosial media hesabları:
Facebook: https://www.facebook.com/stzbaku
İnstaqram: https://www.instagram.com/stzbaku/