Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Bakıda “Caspian Business Award 2025” beynəlxalq mükafatının təltifetmə mərasimi keçirilib

Bakı, 19 dekabr, AZƏRTAC

Bakıda “Caspian Energy Club”, Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) və “Award Organizers Group”un birgə təşkilatçılığı ilə ilin ən böyük “networking” tədbiri olan 12-ci “Caspian Business Award 2025” beynəlxalq mükafatının təltifetmə mərasimi keçirilib.

Tədbir, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil edilən rəsmi ziyafətlə müşayiət olunub.

Bu barədə AZƏRTAC-a “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Mərasimdə “Caspian Energy Club”a üzv olan dövlət qurumlarının rəhbərləri, yerli və xarici dövlət və özəl şirkətlərin birinci şəxsləri iştirak ediblər. Tədbirin açılışında iştirakçıları salamlayan Telman Əliyev “Caspian Energy Club”ın yaranma tarixi, fəaliyyət istiqamətləri və klubun ətrafında formalaşan güclü “networking” şəbəkəsi haqqında ətraflı məlumat verib.

“Bu il “Caspian Energy Club” üçün çoxsaylı maraqlı çağırışlar və yeni təşəbbüslərlə yadda qalıb. “Caspian Energy Club” olaraq hökumətin müxtəlif platformalarında irəli sürdüyümüz sual və təkliflərə dövlət qurumları tərəfindən operativ reaksiyanın verilməsinin, eləcə də səmimi dəstəyin şahidi olduq. Bu, dövlət-özəl sektor arasında mövcud olan dialoqun real nəticələrə yönəldiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasəti və strateji xətti bu gün çox uğurla davam etdirir, həyata keçirir və biz hamımız Azərbaycanın qlobal proseslərin vacib iştirakçısına çevrilməsinin şahidiyik. Azərbaycan xəritədə kiçik bir nöqtə kimi görünsə də, böyük və qlobal proseslərin fəal iştirakçısıdır. Qeyd edim ki, cari il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu, həmçinin dövlət idarəçiliyində həyata keçirilən islahatların, eləcə də iqtisadi inkişafın prioritet istiqamət kimi müəyyənləşdirildiyini göstərir. İl ərzində ölkənin Ali rəhbərliyi tərəfindən iqtisadiyyatın rəqəmsallaşdırılması, biznes proseslərin sadələşdirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi, eləcə də dövlət-özəl sektor əməkdaşlığın aktivləşdirilməsi istiqamətində bir sıra mühüm fərman və sərəncam imzalanmışdır. Atılan bu ardıcıl addımların nəticəsi olaraq qarşıdakı ilin daha aktiv, dinamik və uğurlu olacağına inanırıq.

Həmçinin 2025-ci il ərzində “Caspian Energy Club”ın fəaliyyətinə göstərilən fəal dəstəyə görə Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya, Azərbaycan Respublikasının İqtisadi Şurasının "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması" islahatları üzrə İşçi Qrupu, habelə aidiyyəti nazirliklərə, dövlət xidmətlərinə, dövlət agentliklərinə və dövlət fondlarına xüsusi minnətdarlığımızı bildirirəm. Ümid edirəm ki, dövlət qurumları ilə “Caspian Energy Club” arasında qurulmuş bu açıq və səmərəli dialoq özəl sektor subyektlərinin arasında sağlam ünsiyyətin formalaşmasına və ölkədə şəffaf biznes mühitinin inkişafına mühüm töhfə verir”, - deyə Telman Əliyev çıxışında bildirib.

O, həmçinin əlavə edib ki, il ərzində Milli Biznesin İnkişafı Forumu, Milli Maliyyə Əlçatanlığı Forumu, “Caspian Investment Forum”, “Caspian Innovation Forum”, “Caspian Energy Forum” və digər tədbirlər çərçivəsində həm Azərbaycanda, həm də dünyanın 27 ölkəsində tədbirlər təşkil olunub və bu proses davam etdiriləcək.

“Caspian Business Award 2025” 6 ay ərzində şirkət sahibləri və rəhbərlər arasında keçirilən sorğu nəticəsində təqdim olunur. Təltifetmə mərasimi çərçivəsində müxtəlif sahələrdə yüksək nailiyyətləri, bazarda davamlı inkişafı və innovativ yanaşmaları ilə seçilən şirkətlər və sahibkarlar mükafata layiq görülüblər. Belə ki, “Caspian Business Award 2025” mükafatı aşağıdakı nominasiyalar üzrə təqdim edilib:

• İlkin Abışov - “Sahibkarlığın inkişafına verdiyi xüsusi töhfəyə görə”;

• Teymur Rzayev - “Sahibkarlığın inkişafına verdiyi xüsusi töhfəyə görə”;

• Rəhim Sultanov - “Sahibkarlığın inkişafına verdiyi xüsusi töhfəyə görə”;

• Cabir Cümşüdov - “Sahibkarlığın inkişafına verdiyi xüsusi töhfəyə görə”;

• Fərid Məmmədov - “Sahibkarlığın inkişafına verdiyi xüsusi töhfəyə görə”;

• Mikayıl Yusifov - “Sahibkarlığın inkişafına verdiyi xüsusi töhfəyə görə”;

• Nəcməddin Taşbağ - “Sahibkarlığın inkişafına verdiyi xüsusi töhfəyə görə”.

Həmçinin “Caspian Business Award 2025” mükafatına aşağıdakı şirkətlər müvafiq nominasiyalar üzrə layiq görülüblər:

• “Azərişıq” ASC - kommunal xidmətlər sahəsinin inkişafına verdiyi töhfəyə görə;

• “Sabah Investment Group”- ilin tikinti şirkəti;

• “FChain” - ilin konsaltinq şirkəti;

• “Natura” - ilin təbii meyvə şirəsi;

• “Aztrade” - ilin distribütor şirkəti;

• “R Group Holding” - ilin neft və qaz logistika şirkəti;

• “ATS Food” MMC-nin “Çörəkçi” markası- ilin un məmulatları istehsalçısı şirkəti;

• “N.A.N.T” MMC - ilin qənnadı məhsulları üzrə distribütor şirkəti;

• “ASG Business Aviation” - Xəzər–Qara dəniz regionunda biznes aviasiyası sahəsi üzrə ilin şirkəti;

• “ABB-İnvest İnvestisiya Şirkəti” QSC - ilin İnvestisiya şirkəti;

• “Azpetrol” - ilin yanacaqdoldurma məntəqələri şəbəkəsi;

• “Eight Group” - ilin restoranlar şəbəkəsi;

• “DKV Mobility” - ağıllı mobillik və rəqəmsal ödəniş həlləri sahəsində ilin şirkəti;

• “MyShops” - ilin elektronika şirkəti;

• “SOCAR Polimer” MMC - ilin neft-kimya şirkəti;

• “Konsis” MMC - ilin tədbir təşkilatçısı;

• “Azərsüd” - ilin süd məhsulları istehsalçısı şirkəti.

“Burada təltif olunan hər bir şirkət öz sahəsində liderlik nümunəsi göstərərək innovativ yanaşmaları, dayanıqlı inkişaf strategiyaları və yüksək korporativ mədəniyyətləri ilə yerli bazarda, eyni zamanda regional və qlobal miqyasda rəqabətədavamlı olduqlarını sübut edirlər. Əminik ki, bu gün burada təltif olunan şirkətlərin hər biri gələcəkdə də ölkə iqtisadiyyatının inkişafında, beynəlxalq əməkdaşlığın genişlənməsində və Azərbaycan brendinin beynəlxalq arenada daha güclü tanıdılmasında fəal rol oynayacaqdır”, - deyə Telman Əliyev vurğulayıb.

Qeyd edək ki, “Caspian Business Award” artıq uzun illərdir regionda biznesin inkişafına töhfə verən, innovasiya və tərəfdaşlığı təşviq edən ən mühüm platformalardan biri kimi tanınır və hər il müxtəlif ölkələrdə iqtisadiyyatın fərqli sektorlarını təmsil edən qabaqcıl şirkətləri bir araya gətirir.

“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün “networking” platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara “networking” qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”,“Award Organizers Group”,“Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”,“Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes “networking” platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

2004-cü ildən “Caspian Energy Club”ın dəstəyi ilə fəaliyyət göstərən “Award Organizers Group” dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “CEO Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Meksikalı pilot Serxio Peres: Bakıdakı yarış üçün ümidliyəm

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır

Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” müzakirə olunub

Azərbaycan startapı Özbəkistan və Türkiyə bazarlarında işə başlamağı planlaşdırır

Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik

Oskar Piastri: Ümid edirəm ki, bu dəfə Bakıdakı yarış bizim üçün daha yaxşı keçər

İki tarix arasındakı reallıq: müharibədən sülh gündəliyinə gedən yol ŞƏRH

Ekspert: Süni intellekt təhsildə müəllim və şagirdlərin imkanlarını genişləndirə bilər

Ev şəraitində konservləşdirilən qidalar nə qədər təhlükəsizdir və bu zaman nələr nəzərə alınmalıdır?

Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur

Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram

“Valensiya”nın yeni baş məşqçisi məlum olub

Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub

“Red Bull”un pilotu: Bakıda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik

“Qazıməmməd Qazax” magistral qaz kəmərinin 69 kilometrlik hissəsi təmir ediləcək

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib

Buxarestdə Şərqi Avropanın qlobal ticarət marşrutlarındakı rolu müzakirə olunur

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9 faiz artıb

"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO

Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir – ŞƏRH