® “OBA” marketlər şəbəkəsi müştərilərinə ekoçanta hədiyyə edir
Yaxın və qənaətli qonşunuz “OBA” marketlər şəbəkəsi “Yaşılı sev, çevrəni qoru” adlı yeni sosial məsuliyyət layihəsinə start verir.
Fevralıq 14-də start verilən layihə çərçivəsində hər 20 AZN-lik və daha çox məbləğdə alış-veriş zamanı müştərilərə “OBA” marketlər şəbəkəsinə məxsus ekoçantalar hədiyyə olunur. Dəyərləri sırasında sosial məsuliyyət bəndinə hər zaman diqqət yetirən marketlər şəbəkəsi bu layihə ilə polietilen torbaların sağlamlığa və ətraf mühitə mənfi təsirinə diqqət çəkməyə çalışıb. Bununla “OBA” polietilen torbalardan istifadənin minimuma endirilməsi istiqamətində rəsmi qurumların çağırışına da dəstək olub.
Məlumat üçün bildirilib ki, ekoçantalar məhdud saydadır.
Marketlər şəbəkəsi “Yaşıl Azərbaycan” layihəsi ilə birgə əməkdaşlıq çərçivəsində Binəqədi rayonu, Xocasən gölü ətrafında meşə zolağının salınmasında da iştirak edib. Meşə zolağında “OBA” marketlər şəbəkəsinin Vətən müharibəsi zamanı şəhid və qazi olan əməkdaşlarının adına 55 ağac əkilib. “Yaşıl Azərbaycan” layihəsinin əsas məqsədi dünyanın ən tez böyüyən pavlovniya ağacı ilə ölkənin yaşıllaşdırma faizini yüksəltmək, dövlət və özəl sektor əməkdaşlığını bu istiqamətdə inkişaf etdirərək ətraf mühitin mühafizəsinə xidmət etməkdir.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1160-dən çox marketi və 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!