İQTİSADİYYAT
® “Ziraat Bank Azərbaycan” müştərilərinə “MilliÖn” ödəniş terminalları vasitəsilə mədaxil imkanını yaradıb!
Xidmət keyfiyyətinə daim önəm verən “Ziraat Bank Azərbaycan” xidmət çeşidliyini artırmaq və müştərilərinin rahatlığını təmin etmək üçün yeniliklər tətbiq etməyə davam edir.
Bu dəfə bank müştərilərinin istər fiziki, istərsə də hüquqi şəxs kimi cari və kart hesablarına “MilliÖn” ödəniş terminalları vasitəsilə mədaxil imkanı yaradıb.
“Ziraat Bank Azərbaycan”ın müştəriləri Azərbaycanda geniş ödəniş terminal şəbəkəsinə malik olan “MilliÖn” ödəniş terminalları vasitəsilə artıq banka gəlmədən kart və cari hesab balanslarını asanlıqla artıra bilərlər. Digər üstünlük isə bu terminalların manat valyutası ilə yanaşı, dollar və avro əsginaslarını qəbul edə bilməsidir. Kart hesabına mədaxil etmək üçün kartın üzərindəki 16 rəqəmli kodu daxil etmək kifayətdir. Cari hesabına mədaxil etmək istəyən fiziki şəxslər isə öz FİN kodunu, hüquqi şəxs və sahibkarlar isə VÖEN nömrəsini daxil etməklə istəklərini reallaşdıra bilərlər.
Qeyd edək ki, “MilliÖn” vasitəsilə minimal mədaxil məbləği 1 manat, dollar, avro maksimal məbləğ isə 5000 manat, dollar və avro təşkil edir.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı bankın instaqram, tviter, linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.