İDMAN


"Qarabağ" komandasının keçmiş qapıçısı "Konyaspor" klubuna transfer olub

Bakı, 13 avqust, AZƏRTAC

Türkiyənin "Konyaspor" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Superliqa komandası "Ərzurumspor"la müqaviləsi başa çatan İbrahim Şehiçi transfer edib.

Bosniya və Herseqovina yığmasının qapıçısı ilə 3+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İ.Şehiç "Erzurumspor"a 2018-ci ildə "Qarabağ"dan keçib. O, 2015- 2018-ci illərdə Ağdam təmsilçisinin heyətində çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.