"Real Madrid" klublararası dünya çempionatının finalına yüksəlib
Bakı, 19 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 19-da Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatının ikinci yarımfinal oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, UEFA Çempionlar Liqasının son qalibi “Real Madrid” klubu Asiya çempionu Yaponiya təmsilçisi “Kasima Antlers” komandası ilə qarşılaşıb. Görüş "kral" klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Madrid təmsilçisinin heyətində hər üç qolu Qaret Beyl vurub. “Kasima Antlers” heyətində isə yeganə qolu Şoma Doi vurub.
“Real Madrid” çempionatda mübarizəyə yarımfinaldan qoşulub. Asiya çempionu isə dörddəbir finalda Meksikanın “Qvadalaxara” klubunu məğlub edib - 3:2
Qeyd edək ki, digər yarımfinal oyununda Argentinanın “River Pleyt” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əin” komandası arasında oynanılıb. Həmin görüşdə ərəblər üstün olub (2:2, pen. 4:5).
Qeyd edək ki, turnirin final və üçüncü yeri uğrunda oyunları dekabrın 22-də təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]