"Azerspace-2" layihəsi Amerika və Fransa şirkətləri ilə birgə reallaşdırılacaq
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycanın "Azerspace-2" telekommunikasiya peykinin buraxılışı layihəsi Amerika və Fransa şirkətləri ilə birgə reallaşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə məlumat verib.
Ə.Abbasov bildirib ki, ikinci peykin 2017-ci ilə orbitə buraxılması istiqamətdə hazırlıq işləri aparılır. Azərbaycanın peyk proqramı uğurla həyata keçirilir. Birinci peyk orbitə 2013-cü il fevralın 8-də çıxarılıb və artıq iki ildir istismardadır. Bu ilin sonunadək birinci peyk öz xərcini çıxaracaq, sonrakı illərdə isə gəlir gətirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]