"Braqa"nın baş məşqçisi: Bakıda son dəqiqəyə kimi mübarizə aparacağıq
Bakı, 19 fevral, AZƏRTAC
“Artıq bütün diqqətimizi Bakıya yönəldəcəyik və oradakı oyunda ümumi hesabı bərabərləşdirmək bütün üçün son dəqiqəyə kimi mübarizə aparacağıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatının XXII turunda "Farense" klubuna 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bu matçdakı qalibiyyətin UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək cavab oyunu öncəsi komandanın inam və motivasiya səviyyəsini artırmaq baxımından vacib olduğunu bildirib: "Biz yenidən ölkə çempionatında qələbə qazandıq. Bu, oyunçuların əhvali-ruhiyyəsini yüksəltmək üçün olduqca əhəmiyyətli idi. Əsas heyətdə meydana çıxan futbolçuları xüsusilə seçmişdim. Həmin oyunçular uğur qazanmağımızda bizə yardımçı oldular”.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]