"Qarabağ" Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq
Bakı, 3 yanvar, AZƏRTAC
"Qarabağ"ın Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşlərində qarşılaşacağı rəqiblər müəyyənləşib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, yanvarın 10-dan 17-dək Belek bölgəsində hazırlıq keçəcək Ağdam təmsilçisi Özbəkistanın “Neftçi” (Fərqanə) və Polşanın "Zalebye" klubları ilə qarşılaşacaq.
Matçlar, müvafiq olaraq, yanvarın 12-də və 16-da keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]