İDMAN
"Tokio-2020": Karateçimiz Rəfael Ağayev Avstraliya idmançısı Çuneari Yahiroya qalib gəlib
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan karateçisi Rəfael Ağayev (75 kq) Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, B qrupunda mübarizə aparan R.Ağayev Avstraliya idmançısı Çuneari Yahiro 5:0 hesabı ilə qalib gəlib.
İdmançımız ilk görüşdə Almaniya təmsilçisi Noa Biçdən üstün olub - 2:1.
Karateçimiz daha sonra Nurkanat Ajiqanov (Qazaxıstan) və Luici Busa (İtaliya) ilə üz-üzə gələcək.
İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [16:00]
Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır
- 08.05.2024 [15:44]
Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb
- 08.05.2024 [14:22]
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
- 08.05.2024 [14:02]
“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir
- 08.05.2024 [11:59]