Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Üçlü əməkdaşlıq" formatı: Cənubi Qafqazda təhlükəsizliyin yeni təminatı

"Üçlü əməkdaşlıq" formatı: Cənubi Qafqazda təhlükəsizliyin yeni təminatı

Bakı, 3 iyun, AZƏRTAC

May ayının ortalarında Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Qəbələdə keçirdikləri görüş KİV-də geniş əks-səda doğurub. Bu hadisəni bir sıra ekspertlər "Rusiya-Ermənistan alyansı"na qarşı atılmış addım kimi qiymətləndirirlər. Ancaq ona daha geniş aspektdə obyektiv yanaşdıqda, reallığın fərqli olduğu müəyyənləşir. Belə ki, son zamanlar bütün dünya üzrə terrorla, kiberhücumlarla və enerji layihələrinə qarşı törədilən təxribatlarla mübarizənin aktuallığı xüsusi vurğulanır. Ayrıca böyük dövlətlər öz aralarında bu bəlalara qarşı birgə fəaliyyətin səmərəli formatlarını axtarırlar. Azərbaycan, Türkiyə və Gürcüstan da yerləşdikləri coğrafiyada terrora, kiberhücumlara və enerji layihələrinə qarşı mümkün təxribatlara birgə müqavimət göstərmək üçün əlaqələri gücləndirmək qərarına gəliblər. Bu, Ermənistanın neft və qaz marşrutlarına hərbi zərbə endirə biləcəyi ilə bağlı etdiyi təhdidlərin fonunda tamamilə normaldır. Lakin bir sıra dairələr Cənubi Qafqazda sabitliyin olmasında maraqlı deyillər.

Sülh və sabitlik uğrunda: Ankara, Bakı və Tbilisi əlaqələri gücləndirirlər

Təbii ki, Cənubi Qafqazda geosiyasi mənzərənin dinamikasına qlobal miqyasda cərəyan edən hadisələr təsir edir. Son dövrlərdə isə bu regionda proseslərin qarşısına çıxan risklərin qiymətləndirilməsi, sabit bir bölgənin formalaşdırılması yollarının axtarışı aspektində daha intensiv addımlar atılır. Etiraf edək ki, Cənubi Qafqazda geosiyasi dinamikaya, şərti olaraq, "4 günlük müharibə" adlanan savaşın ciddi təsiri olub. Bunu indi daha dərindən hiss edirik. Müşahidələr göstərir ki, müəyyən dairələr Azərbaycanın hərbi üstünlüyə malik olması faktından böyük qorxu və həyəcan hissi keçirirlər. Onlar ciddi-cəhdlə bu faktoru aradan götürməyin yollarını aramaqdadırlar.

Hərçənd, regionda sülh və sabitliyin bərqərar olması və insan itkilərinin olmaması kimi humanist deyimlər dillərindən düşmür. Bunlar məhz həmin dairələrdir ki, keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq Cənubi Qafqazda ilk növbədə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımlarının ya birbaşa iştirakçısı olub, ya da erməni terrorçuların əli ilə həyata keçən qətliamların arxasında durublar. İndi niyə həmin dairələr bu qədər "humanist" və "sülhpərvər" olublar? Erməni terrorunu dolayısı ilə dəstəkləyərək, Azərbaycanın haqlı davasını "qan tökmək" kimi etik məzmunlu hadisə qismində təqdim etməyə çalışırlar?

Bu kimi həqiqətlərin işığında Cənubi Qafqazda ekspertlərin yeni geosiyasi-hərbi əməkdaşlıq modellərindən bəhs etməsi son dərəcə maraqlıdır. İndi bir sıra analitiklər regionda təhlükəsizlik sahəsində yeni əməkdaşlıq formatının - Azərbaycan, Türkiyə və Gürcüstan "üçlüyü"nün yarandığından həssaslıqla danışırlar. Əslində, nələr baş verir?

May ayının 15-də Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin işgüzar görüşü olub. Zakir Həsənov, Tinatin Xidaşeli və İsmət Yılmaz hərbi sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məsələsini müzakirə ediblər. Bir sıra KİV orqanı bu görüşü "Cənubi Qafqazda yeni hərbi blok yaranır?" kimi çoxmənalı sualla qiymətləndiriblər. Rusiya və Ermənistan mətbuatı məsələnin bu aspektinə xüsusilə diqqət yetirməkdədirlər (bax: məs., Пётр Искендеров. На Кавказе создается новый военный блок? / "Interaffairs.ru", 17 may 2016 və Арам Саргсян. "Грузины добровольно отдаются туркам и азербайджанцам" / "1in.am", 17 may 2016).

Qəbələdə üç ölkənin müdafiə nazirləri razılığa gəliblər ki, terrorla mübarizədə, enerji layihələrinin təhlükəsizliyinin təminində, hərbi hazırlıq sferasında və kibertəhlükəsizlik istiqamətində əməkdaşlığı genişləndirsinlər. Bunu Azərbaycanın müdafiə naziri "üçtərəfli fəaliyyət yeni mərhələyə keçdi" kimi qiymətləndirib (bax: Пётр Искендеров. Göstərilən məqaləsi).

Əməkdaşlıqla bağlı vurğulanan konkret istiqamətlərə baxdıqda, qeyri-adi və ya hansısa dövlətə qarşı yönəlmiş zərrə qədər də məqama rast gəlinmir. Əksinə, indi bütün dövlətləri narahat edən problemlərlə ortaq mübarizə aparmaq niyyəti nümayiş etdirilir.

Məsələn, böyük ölkələrin qırıcıları öz sərhədlərindən 10 min kilometrlərlə uzaqda olan Suriya torpaqlarını terrorçulardan təmizləmək üçün bombalar atmırlarmı? Onların xüsusi təyinatlıları Suriya və İraqda qeyri-qanuni neft istehsalçılarına qarşı savaş aparmırlarmı? Hətta öz rəqiblərini ləkələmək üçün "İŞİD-dən neft alır" ittihamını irəli sürmürlərmi? BMT-də bununla bağlı müzakirələrin aparılması üçün canfəşanlıq nümayiş etdirmirlərmi?

Qərəz, yoxsa qısqanclıq: ermənilərin real əməkdaşlıq formatına korluğu

Bu zaman həmin böyük dövlətləri heç kəs hansısa hərbi blok yaratmaqda günahlandırmır. Əksinə, deyirlər ki, ABŞ və Rusiya antiterror koalisiyasını birləşdirirlər. İndi Azərbaycan, Türkiyə və Gürcüstan öz yerləşdikləri bölgədə terrora, enerji layihələrinə qarşı törədilə biləcək təxribatlara və kiberhücumlara qarşı birgə fəaliyyət göstərmək istəyirlərsə, bu, nəyə görə hansısa hərbi blok olsun və konkret olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı çevrilsin? KTMT-nin terrorçularla hansı əlaqələri var? Yaxud bu qurumun neft-qaz boru kəmərlərini partlatmaq və ya kiberhücumlar təşkil etmək kimi planları var? Əlbəttə, yoxdur. Bəs onda bəzi ekspertlər məsələni niyə məhz bu kontekstdə qiymətləndirməyə çalışırlar?

Məsələn, erməni KİV-dən bir nümunəyə nəzər salaq. Erməni ekspertlərdən bəziləri "Gürcüstan Azərbaycan və Türkiyəyə satılır" kimi axmaq fikirlər bildirirlər. Səbəbi də ondan ibarətdir ki, Tbilisi bu iki ölkə ilə birlikdə regionda təhlükəsizliyi təmin etmək niyyətindədir. Gürcüstanın müdafiə naziri açıq ifadə edir ki, Gürcüstan NATO-ya daxil olmaq istəyir və Türkiyə də bu təşkilatın üzvüdür. Ona görə də Ankara ilə hərbi sahədə əməkdaşlıq NATO miqyasında qiymətləndirilən geniş məna daşıyır. Azərbaycan isə Gürcüstanın strateji tərəfdaşıdır və onunla hər sahədə yaxınlıq tamamilə təbiidir (bax: Арам Саргсян. Göstərilən məqaləsi).

Gürcü nazir Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və KTMT-yə daxil olması səbəbindən strateji tərəfdaş ola bilmədiyini xüsusi qeyd edib. Rəsmi Tbilisi Ermənistanı "dost, qonşu ölkə" kimi qiymətləndirir. Yəni, İrəvana qarşı hər hansı mövqeyi yoxdur və olacağı da gözlənilmir.

Onu da deyək ki, bütün bunları T.Xidaşeli İrəvanda səfərdə olarkən erməni həmkarlarına açıq dediyini vurğulayır. Lakin erməni ekspertlər sırasında vəziyyəti tamamilə başqa cür təqdim etmək cəhdləri kəsilmir. Məsələn, politoloq Levon Şirinyan birbaşa deyir ki, "Gürcüstanın siyasəti dosta qarşı alçaqlıqdan ibarətdir" (bax: əvvəlki mənbəyə). Lakin ədalət naminə deyək ki, erməni ekspertlər sırasında bu hadisəni normal qiymətləndirənlər də var. O sırada Coni Melikyanın "Gürcüstan pozitiv, bitərəf mövqe tutur" fikri diqqəti çəkir (bax: əvvəlki mənbəyə).

Maraqlıdır ki, rusiyalı ekspertlərin də məsələ ilə bağlı fikirləri ziddiyyətlidir. Geosiyasi Analiz Beynəlxalq Mərkəzinin prezidenti Leonid İvaşovun fikrinə görə, "Gürcüstan Azərbaycan və Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlıq etməklə xarici siyasətdə müstəqilliyini əldən verib. O, ABŞ-ın təsiri altına düşüb" (bax: Полина Химшиашвили, Антон Баев. Укрепление на Кавказе: зачем Баку, Тбилиси и Анкаре военные учения / "РБК", 15 may 2016).

Lakin bu mövqe ilə razılaşmayan Rusiya ekspertləri də var. Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatını nəzərdə tutaraq deyir ki, "bu, qanunauyğun qərardır və bu əməkdaşlığın perspektivi uzunmüddətlidir" (bax: əvvəlki mənbəyə).

Fərqli mövqelərin olması təbii haldır. Ancaq nədənsə ekspertlər bir məqama diqqət yetirmirlər. Məsələ ondan ibarətdir ki, Ermənistan son zamanlar Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu enerji layihələrini "yer üzündən siləcəyi" ilə hədələyir. Rəsmi İrəvan açıq bildirir ki, bu, onun əsas hədəflərindən biridir. Bu halda Ankara, Bakı və Tbilisinin ortaq hərəkət etməsi tamamilə təbiidir. O cümlədən onların birgə hərbi təlimlər keçirməyi qərara alması başa düşüləndir. Bu əməkdaşlığın regionun heç bir dövlətinə qarşı olmadığı göz önündədir.

Lakin bu, regionda hərbi tarazlığın yaranması aspektində olduqca vacib bir addımdır. Ermənistan bəzi ölkələri özünə yaxın bilib, hərbi üstünlüyü ələ almağa cəhd etdiyindən, bunun səmərəsiz olduğunu sübut edən qüvvəyə bölgənin ehtiyacı çoxdur. Bununla, ümumiyyətlə, Cənubi Qafqazda xaosun qarşısı alınır. Deməli, regionun Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatına ehtiyacı böyük olmaqla yanaşı, həm də təbiidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub