“ABB-Moskva” növbəti sindikativ kredit sazişi imzalamışdır
Bakı, 12 noyabr (AZƏRTAC). Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan “ABB-Moskva” növbəti sindikativ kredit sazişi imzalamışdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, kreditin məbləği 130 milyon ABŞ dolları, müddəti bir ildir. Kreditin müvəkkil aparıcı təşkilatçıları qismində “Novikombank”, “MDM Bank”, “Uralsib”, “MSP Bank”, “SMP Bank”, aparıcı təşkilatçılar qismində “Bank Zenit”, Latviyanın “Regionala investiciju banka”, təşkilatçılar qismində “RosEvroBank”, “Russlavbank”, “ROST Bank”, “İnvesttorqbank” və “Asiya-Sakit Okean Bankı” çıxış etmişdir.
Rusiyanın banklararası bazarından sindikativ kreditlərin cəlb edilməsi “ABB-Moskva”nın 2011-2015-ci illər üçün inkişaf strategiyasına uyğun həyata keçirilir. Strategiya çərçivəsində artıq ümumi həcmi 400 milyon dollar olan 5 sindikativ kredit cəlb edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2026 [14:38]
M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır
- 24.08.2026 [14:22]
“Euronews” Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən yazıb
- 24.08.2026 [12:45]
® “AzInTelecom”un kibertəhlükəsizlik xidməti qlobal səviyyədə tanınıb
- 24.08.2026 [12:40]