ABDULLAH GÜL: BEYNƏLXALQ SÜLHMƏRAMLILAR LİVANDAKI PROSESLƏRƏ MÜDAXİLƏ ETMƏDƏN YALNIZ SÜLHÜ QORUYACAQ
Türkiyə xarici siyasət idarəsinin başçısı Beyruta birgünlük səfəri zamanı Livanın Baş naziri, parlamentin sədri və xarici işlər naziri ilə keçirdiyi görüşlərdə bu ölkədəki vəziyyət və beynəlxalq sülhməramlı qüvvələrin Livanın cənubunda yerləşdirilməsi barədə söhbət getdiyini bildirmişdir. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası qətnaməsinin qəbul olunmasının gecikməsinə əsas səbəb rəsmi Beyrutun sülhməramlı qoşunların Livan əhalisi ilə təmasda olmaması və buradakı proseslərə müdaxilə etmədən yalnız sülhün qorunmasına dair tələbləri olmuşdur. Abdullah Gül demişdir ki, sülhməramlıların missiyasının “Hizbullah” hərəkatı və onun tərksilah edilməsi ilə heç bir əlaqəsi yoxdur. Livan hökumətinin ölkədəki bütün qrupları, o cümlədən “Hizbullah”ı təmsil edir və beynəlxalq sülhməramlılar bu hökumətə yardım göstərəcəkdir.
Türkiyənin beynəlxalq sülhməramlı qoşunların tərkibində iştirakına gəldikdə isə, həmin gün mətbuat konfransı keçirən XİN-in mətbuat katibi Namik Tan bu məsələnin hələ dəqiqləşmədiyini, Livana göndərilməsi ehtimal olunan Türkiyə hərbi bölmələrinin yalnız sülh missiyası yerinə yetirəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]