Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-Azərbaycan münasibətləri: problemləri kimlər yaradır?

Cənubi Qafqazın geosiyasi əhəmiyyəti haqqında müxtəlif təhlillər aparılıb, proqnozlar verilib. Bu region indi böyük bir məkanda sabitlik və inkişafa ciddi təkan verə bilər. Lakin təəssüf ki, son vaxtlar ABŞ-ın bir sıra dairələri Azərbaycana qarşı qondarma ittihamlar irəli sürürlər. Onlar faktları təhrif edərək, ölkə haqqında həqiqətdən uzaq olan fikir formalaşdırmağa çalışırlar. Bunun kökündə hansı məqamların dayandığı çox maraqlıdır. Bakı həmişə Vaşinqtonla səmimi münasibətlər qurub və onu indi də davam etdirir. Deməli, problemin mənbəyini qarşı tərəfdə axtarmaq lazımdır. Bu zaman meydana düşündürücü məqamlar çıxır.

Xarici siyasətin qüsurları: Vaşinqton ardıcıl deyil

Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi böyük geosiyasi güclərin maraq dairəsindədir. O cümlədən ABŞ-la münasibətlər hazırda aktuallıq kəsb edir. Təəssüf ki, Amerikanın bir sıra məmur və ekspertləri iki ölkə arasındakı əlaqələrin əhəmiyyətini sona qədər dərk etmir və əsassız fikirlər irəli sürürlər. Hətta Dövlət Departamentində çalışan vəzifə sahiblərindən uydurma ittihamlar eşidilir. Onlar, əsasən, Azərbaycanda insan haqlarının, söz azadlığının məhdudlaşdırıldığından və demokratik qaydaların təmin olunmadığından danışırlar.

Bu vəziyyəti iki aspektdə qiymətləndirmək olar. Birincisi, problem bütövlükdə Vaşinqtonun xarici siyasətindəki qeyri-müəyyənlikdən qaynaqlanır. İkincisi, Qərbdə müəyyən dairələr var ki, müxtəlif səbəblərdən (məsələn, erməni lobbisi ilə yaxınlığa və ya hansısa qüvvənin enerji maraqlarına görə) Azərbaycanın beynəlxalq aləmdə mənfi obrazını yaratmağa cəhd edirlər.

Amerikanın xarici siyasətində müəyyən qaranlıqların olması və bu siyasətin sistemsizliyi haqqında mütəxəssislər fikir bildirirlər. Z.Bjezinski “İkinci şans: üç prezident və Amerika fövqəldövlətinin böhranı” adlı kitabında bu məqama toxunub. O qeyd edir ki, ABŞ-ın üzərinə dünya liderliyini həyata keçirmək məsuliyyəti düşür. Lakin hazırda bunu reallaşdırmağa imkan verən məqsədyönlü xarici siyasət kursu yoxdur. Belə ki, rəsmi Vaşinqton “problemdən problemə müdaxilə” əsasında fəaliyyət göstərir.

Bu cür fəaliyyət isə dünyanın müxtəlif regionlarında münaqişələrin, ixtilafların və silahlı toqquşmaların meydana gəlməsinə imkan yaradır, terror dalğasının geniş vüsət almasına səbəb olur. Çünki “problemdən problemə keçid” taktikası mənzərəni bütöv şəkildə görməyə mane olur. O zaman ədalətli və səmərəli məqsəd müəyyənləşdirmək də çətinləşir. İstər-istəməz mövcud problemlərdən öz marağı üçün istifadə etmək arzusu yaranır.

Yaxın Şərq və Cənubi Qafqaz nümunəsində bunu aydın görmək olar. İraq, Suriya, Liviya, Misir hadisələri göstərdi ki, rəsmi Vaşinqton çox ziddiyyətli addımlar atır. O, özünə sərfəli olanda, qətiyyətli olur. Məsələn, Liviya dərhal bombalandı. Misirdə qanuni seçilmiş prezidenti devirənlərə qarşı tərəddüd edildi. Suriyada Amerikanın konkret nə istədiyi hələ də tam bəlli deyil. İraqda sabitliyin olmaması və terrorun tüğyan etməsi birbaşa ABŞ-ın yanlış siyasətinin nəticəsidir. İndi orada nə dövlətin təhlükəsizliyinə təminat var, nə də terrorun qarşısını almaq mümkündür.

Həmin regionda bu cür proseslərin getməsi bütövlükdə çoxlu sayda xalqları fəlakət qarşısında qoyub. Hər an Yaxın Şərqdə regional müharibə baş qaldıra bilər. Ən təhlükəlisi isə budur ki, bu bölgə dünyanın müxtəlif regionlarına "terror ixrac edən məkan"a çevrilib. Bu qədər təhlükələr meydana gətirən xarici siyasət yürüdən bir ölkə necə dünya lideri ola bilər?

ABŞ-ın xarici siyasəti Cənubi Qafqazda da xeyli çətinliklərlə üz-üzə qalıb. Burada ikili standartlar özünü açıq göstərir. Sözdə beynəlxalq hüququn qaydalarına əməl etməkdən, obyektivlikdən, demokratiyadan və ədalətdən danışırlar, lakin uzun müddətdir ki, kiçik bir ölkə olan təcavüzkar Ermənistanı cilovlamırlar. Özü də nəzərə alaq ki, Ermənistan geosiyasi cəhətdən xarici qüvvələrdən asılı vəziyyətdədir. Onun müstəqil qərar qəbul etmək üçün gücü yoxdur. Qərbin belə bir ölkəyə gücü çatmır?

Səmimilik: ABŞ-ın buna ehtiyacı var

Əlbəttə, çatır və hətta qısa müddətdə onu zərərsizləşdirə bilər. Bunun əvəzində İrəvana nəvaziş göstərilir və Dağlıq Qarabağdakı separatçılara hər il milyonlarla dollar yardımlar edilir. Təsəvvür edək ki, hansısa müsəlman dövləti İŞİD-ə yardım göstərsin. Vaşinqton dərhal hay-küy salar və xeyli ittihamlar irəli sürər. Özü isə erməni terrorunun ayaq tutub yeriməsinə müxtəlif bəhanələrlə dəstək verməkdədir.

Bu dövlətin ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyəti də qənaətbəxş deyil. İndiyə qədər rəsmi Vaşinqton bir dəfə də olsun işğalçıdan qəti surətdə Azərbaycan torpaqlarından çıxmasını tələb etməyib.

Amerika Gürcüstan və ya Ukraynanın ərazi bütövlüyünün pozulmasına sərt reaksiya verdi. Yalnız sözdə deyil, reallıqda konkret addımlar atdı. ABŞ indi də Gürcüstanın müstəqilliyinin təmin edilməsində ciddi rol oynayır. Ukrayna ilə bağlı isə Rusiya kimi böyük dövlətlə qarşı-qarşıya gəlməkdən çəkinmir. Tətbiq etdiyi sanksiyalarla bu ölkəni diz çökdürməyə çalışır.

Bunların fonunda Ermənistana güzəştə gedilməsi böyük ədalətsizlikdir. Təəssüf ki, bu istiqamətdə vəziyyətdə dəyişiklik hiss olunmur. Görünür, ABŞ xarici siyasətində ciddi dəyişikliklər etməsə, ziddiyyətli məqamlar və sistemsizlik qalacaq. Bunlara görə bütövlükdə Cənubi Qafqazda vəziyyətin sabitləşməsi çətin olacaq.

Rəsmi Vaşinqtonun xarici siyasətində özünü göstərən həmin faktorlarla yanaşı, başqa ölkələrin daxili işlərinə qarışmaq cəhdi də reallıqdır. Son dövrlərdə T.Malinovski, D.Kramer kimi adamlar Azərbaycanla əlaqəli əsassız fikirlər ifadə etməklə növbəti dəfə yuxarıdakı tezisin doğruluğunu sübut etdilər. Onlar vətəndaşı olduqları ölkənin daxilində baş verən insan haqlarının pozulması hallarından danışmaq əvəzinə Azərbaycandakı proseslərə “qiymət” verməyə can atırlar. ABŞ indi daxili mühitində ziddiyyətlərin artdığı bir ölkəyə çevrilib. Bu proses getdikcə güclənir və elə bir həddə çata bilər ki, bütövlükdə dövlət çətin vəziyyətə düşər. Amerikalılar bunun üzərində niyə düşünmürlər? Görünür, onlar liderlik iddiasına o qədər aludə olublar ki, daxili nöqsanları görə bilmirlər. Etiraf edək ki, bu, böyük qüsurdur.

Bunlar onu göstərir ki, ABŞ-Azərbaycan münasibətlərinin aktuallığını Vaşinqtonda daha çox anlamalıdırlar. Azərbaycan tərəfi həmişə ədalətli, sülhpərvər və bərabərhüquqlu əməkdaşlıq mövqeyində dayanır. Onun beynəlxalq hüquq qaydalarına tam sadiqlik göstərdiyinə şübhə yoxdur. Bakı müxtəlif enerji layihələrində aktiv iştirak edir, Şimali Atlantika Alyansının təşəbbüslərinə qatılır, terrora qarşı mübarizədə fallıq nümayiş etdirir. Bütün bunlar adi faktlar deyil, Cənubi Qafqazın lider dövlətinin həyata keçirdiyi ardıcıl və sistemli xarici siyasətin tərkib hissələridir.

Burada bir həqiqəti də vurğulamaq gərəkdir. Dünyanın böyük dövlətləri Cənubi Qafqazda Azərbaycan kimi bir ölkənin müstəqilliyini əhəmiyyətli hadisə kimi qəbul etməlidirlər. Çünki məhz bu dövlət regional sabitliyin və əməkdaşlığın fəal iştirakçısıdır. Təcrübə göstərir ki, regionun müstəqillik əldə etmiş digər dövlətləri bu kontekstdə səmərəli fəaliyyət göstərə bilmirlər. Azərbaycan burada marağı olan bütün böyük dövlətlərlə normal və tarazlaşdırılmış siyasət qura bilib.

Bu deyilənlərdən mühüm bir nəticə hasil olur: ABŞ-Azərbaycan münasibətləri Cənubi Qafqazın sabitliyində çox ciddi rol oynaya bilər. Əgər bu məsələdə hansısa çətinlik varsa, bunun məsuliyyəti rəsmi Vaşinqtonun üzərinə düşür. Maraqlıdır, nəyə görə Amerika bunları bilərək regionda ədalətə deyil, ikili yanaşmalara əsasən davranır? Bəlkə burada xaosun hökm sürməsində onun özünün marağı var?

Əgər doğrudan da belədirsə, çox təəssüf etmək olar. Çünki olduqca həssas olan müasir dünyada bütün dövlətlərin təhlükəsizliyi bir-birinə bağlıdır. O cümlədən özünü lider hesab edən ölkə belə təhdidlərdən sığortalanmayıb. Müəyyən zamanda dağıdıcı qüvvələr onun da daxilində xaos yarada bilər. Təhlükəsizlik məsələsində yalnız kiçik dövlətlər maraqlı deyillər. Böyük güc sahibləri bu işdə daha çox məsuliyyət daşıyırlar. Bu səbəbdən Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə onunla səmimi əməkdaşlıq kursunu seçmək bütün tərəflərə sərfəlidir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib